ABŞ Ukraynaya 10 milyard dollar ayıracaq

Ukrayna Vaşinqtondan daha bir əlavə maliyyə yardımı alacaq. Bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib. Söhbət ABŞ-nin Ukrayna hakimiyyətinə maliyyə yardımı kimi ayırmağı planlaşdırdığı 9,9 milyard dollardan gedir. Vəsaitin yaxın aylarda ayrılacağı bildirilib. Xatırladaq ki, ABŞ, demək olar ki, müharibənin əvvəlindən Ukraynaya həm pul, həm silah, həm də sursatla fəal dəstək verir.

Kiyev səmasında altı hava şarı vuruldu

Ukrayna hava hücumundan müdafiə sistemləri Kiyev şəhəri səmasında altı hava şarını vurublar. Bu barədə şəhər hərbi administrasiyasının “Telegram” kanalında dərc olunan məlumatda deyilir. Ukrayna paytaxtının səmasında ilk naməlum obyektin tapılması fevralın 14-də məlum olub. “Dəqiqləşdirilən ilkin məlumata görə, bunlar küləyin təsiri altında kosmosda hərəkət edən şarlar olub”, – administrasiyadan bildiriblər. Səlahiyyətlilər balonların reflektorlar və kəşfiyyat avadanlığı…

Baykal gölündə 6 bala yaxın zəlzələ baş verib

Baykal gölünün akvatoriyasında 5,9 bal gücündə zəlzələ baş verib. Bu barədə İrkutsk vilayətinin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb. Qeyd olunur ki, zəlzələ Moskva vaxtı ilə 05:35-də (Bakı vaxtı ilə 06:35) qeydə alınıb. Təbiət hadisəsi nəticəsində ölən və xəsarət alan olmayıb.

Yeni Zelandiyada əsrin fəlakəti yaşandı

“Yeni Zelandiyada baş verən siklon son 100 ilin ən güclü fəlakətidir”. Bu barədə hökumət başçısı Kris Hipkins ölkəni cənginə alan “Qabriel” siklonu və ardınca gələn fəlakətlərlə bağlı bildirib. Qeyd edək ki, qasırğa zamanı dalğalar 11 metrə qədər yüksəlib, əraziləri sel basıb, çoxlu sayda torpaq sürüşmələri qeydə alınıb, infrastruktura ciddi ziyan dəyib, ucqar ərazilərin xarici aləmlə…

Azərbaycanlı mütəxəssis Türkiyədə xüsusi cihazla 14 nəfəri dağıntılar altından sağ çıxarıb

Azərbaycanlı Ceyhun Xəlilov hazırladığı xüsusi cihazın köməyi ilə Türkiyənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsində xilasedicilərə kömək edir. Həmin cihazın köməyi ilə indiyədək 14 nəfər dağıntılar altından çıxarılıb. Xəlilov bildirib ki, qardaş ölkədə zəlzələlərin baş verməsindən xəbər tutan kimi onun da təbii fəlakət zonasına göndəriləcək xilasetmə dəstəsinə daxil edilməsi xahişi ilə Azərbaycanın müvafiq qurumlarına müraciət edib.…

“Biz Litva ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət veririk”

“Azərbaycan ilə Litva arasında münasibətlər xoş ənənələrə malikdir və biz bu münasibətlərin inkişafına xüsusi əhəmiyyət veririk”. Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının milli bayramı münasibətilə litvalı həmkarı Gitanas Nausedaya ünvanladığı təbrik məktubunda yer alıb. “Keçən ay Sizinlə Davosda keçirdiyimiz görüşü və apardığımız fikir mübadiləsini məmnunluqla xatırlayıram. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında müxtəlif…

Mehriban Əliyevanın tapşırığı ilə göndərilən yardım təyyarəsi Türkiyəyə çatdı

Türkiyədə dəhşətli zəlzələnin baş verdiyi bölgəyə Azərbaycanın birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə bu gün səhər saatlarında yola düşən humanitar yardım daşıyan növbəti təyyarə Türkiyəyə eniş edib. Bununla bağlı Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.  

“Sülh müqaviləsi üzərində aparılan işin növbəti mərhələsi başa çatıb, sənəd Bakıya təqdim edilib”

“Fevralın 15-də Ermənistan Azərbaycanla sülh müqaviləsi üzərində apardığı işin növbəti mərhələsini başa vurub, eyni zamanda, bu təklifləri Bakıya təqdim etmişik”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. Nikol Paşinyan həmçinin qeyd edib ki, sənəd ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilib. “Biz layihə üzərində belə bir məntiqlə işləyirik: istənilən vaxt imzalamağa…

“ABŞ Cənubi Qafqazda gərginliyi azaltmağa çalışır”

“Həm Ermənistana, həm Azərbaycana, həm də bütün regiona mesajımız hərtərəfli və davamlı sülh yoluna qayıtmaq naminə gərginliyi azaltmaq üçün bir yol tapmaqdır”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, ABŞ bu istiqamətdə göstərilən səylərdə həm ikitərəfli, həm də çoxtərəfli formatda iştirak edir. “Vaşinqton prosesi irəliyə aparmaq üçün institutlar və…

Almaniya Türkiyədə tikilən AES üçün avadanlıq göndərməyi qadağan edib

Almaniya Türkiyədə “Rosatom” şirkəti tərəfindən inşa etdirilən “Akkuyu” atom elektrik stansiyasına avadanlıq tədarükünü əngəlləyib. Mənbə iddia edir ki, Türkiyə hökuməti hazırda tikilməkdə olan AES-ə avadanlıqların hansı şərtlərlə verilə biləcəyini öyrənmək üçün Almaniya hökuməti ilə danışıqlar aparır. Almaniya hökuməti hələlik yayılan xəbər barədə hər hansı şərh verməyib. Xatırladaq ki, Türkiyənin ilk atom elektrik stansiyası olacaq “Akkuyu”…