44 gün ərzində və ondan sonra, hətta bu gün mən minlərlə məktub alıram

“Bilirəm ki, 44 gün ərzində xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının da ürəyi tarixi Vətəni ilə bir döyünürdü, onlar hər gün gedən döyüşləri izləyirdilər, bizim uğurlarımıza sevinirdilər. 44 gün ərzində və ondan sonra, hətta bu gün mən minlərlə məktub alıram, həm Azərbaycan vətəndaşlarından, həm dünya azərbaycanlılarından, həm bizə dost olan müxtəlif ölkələrin vətəndaşlarından dəstək, həmrəylik məktubları…

Prezidentdən İrana sərt və haqlı sözlər

“İranın yük maşınlarının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi ilk dəfə deyil. Bu, işğal dövründə də dəfələrcə baş verən hadisədir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Anadolu” agentliyinə verdiyi müsahibəsində deyib. “Bu yük maşınları müntəzəm şəkildə ora gedirdi. Bizim məlumatımız vardı. Əlbəttə ki, indiki kimi dəqiq məlumatımız yox idi. Bunu nəzərə alaraq, narazılığımızı müxtəlif kanallarla İran tərəfinə…

Prezident: “Kimsə, Dağlıq Qarabağ adlı ölünü diriltmək istəyirsə…”

“Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati vahid yoxdur”. Bu sözləri canlı yayımda xalqa müraciət edən Azərbaycan Prezidenti İlham Əliyev deyib. Prezident bildirib ki, “Əgər, kimsə istəyirsə ki, “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, bunu öz ərazisində etsin, Biz də onu tanıyarıq. Ancaq, Azərbaycanda yox. Bunu mən deyirəm. Azərbaycan Prezidenti və Ali Baş Komandan kimi. Hər…

“Noyabrın 8-də axşam Şuşanı azad edəndən sonra Vladimir Putin mənə zəng vurdu, dedi ki…” – İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” hərbi jurnalına müsahibəsində ötən ilin noyabrında, Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatın imzalanması ərəfəsində Rusiya prezidenti Vladimir Putinlə apardığı telefon danışıqlarının detallarını açıqlayıb. İlham Əliyev deyib: “Biz Şuşa şəhərini azad edəndən sonra Vladimir Vladimiroviç mənə zəng vurdu və dedi ki, erməni tərəfi yerinə yetirməli olduğunu yerinə yetirməyə hazırdır.…

MƏTLƏB NƏCƏFOV XALQINA TƏMƏNNASIZ VƏ LƏYAQƏTLƏ XİDMƏT EDƏNLƏRDƏNDİR-FOTO

“ DİASPOR TƏŞKİLATLARI MONİTORİNQ MƏRKƏZİNİN ” sədri kimi iki aydır ki, Azərbaycandan kənarda öz müşahidələrimi aparırdım deyə Platform4.news-a bildirib. Ukraynanın qərb bölgəsinə səfərim məşhur “İvano-Frankovsk” şəhərindən başlandı. “Ukrayna Azərbaycanlıları Konqresi, İvano-Frankovsk vilayət diasporunun” sədri Mətləb Nəcəfovla görüşüb xeyli söhbətləşdik. Bu şəhərdəki diaspor fəaliyyətinin təməlini qoyanlardan biri olan, professor Fərhad Turanlını mən də, yaxından tanıyıram. Onu…

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Sentyabrın 27-də – Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Dövlətimizin başçısı, birinci xanım Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.  

İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq keçirilən yürüşdə iştirak ediblər

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də – Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib. Platform4.news xəbər verir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər. Sonra dövlətimizin başçısı…

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciəti

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciət edib. Platform4.news Prezident İlham Əliyevin müraciətini təqdim edir: -Əziz həmvətənlər. Düz bir il bundan əvvəl Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Bu namərd atəş nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər…

Britaniyadan Ermənistana XƏBƏRDARLIQ: “Bütün ərazilərin mina xəritələri təhvil verilməlidir”

“Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməlidir”. Bunu Böyük Britaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Con Houell bu gün qurumun işə başlayan payız sessiyasında “Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri” adlı qətnamə layihəsinin müzakirəsi zamanı bildirib. “İnsan ölümünün qarşısını almaq üçün bölgənin minalardan təmizlənməsi vacibdir. Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməlidir.…