Gələn il “Texnofest”i Azərbaycanda keçirəcəyik”

“Gələn ildən “Texnofest”i can Azərbaycandan başlayaraq, digər dost, müttəfiq ölkələrdə də keçirəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Atatürk hava limanında keçirilən “Texnofest-2021” aviasiya, kosmos və texnologiyalar festivalında bildirib. Ərdoğan deyib ki, gələn ildən “Texnofest” beynəlxalq festival səviyyəsində təşkil olunacaq: “Tədbir dünya mediasının gündəmində bir nömrə olmalıdır. “Texnofest”i elə bir marka halına gətirməliyik ki,…

İsraillə əlaqələri normallaşdırmaqdan imtina edirik

İraq hökuməti olaraq Ərbildə bəzi tayfa nümayəndələrinin İsraillə normallaşma şüarı üçün etdiyi qeyri-qanuni toplantıları qəti şəkildə rədd edirik. Bu barədə İraq hökuməti məlumat yayıb. Sözügedən toplantıların 10 oktyabrda keçiriləcək erkən seçkilərdən əvvəl məzhəblərarası gərginliyi qızışdırmaq məqsədi daşıdığı bildirilib: “Üstəlik normallaşma fikrini irəli sürmək hüquqi, konstitusion və siyasi baxımdan qəbuledilməzdir”.

Çinin bu şirkətlərinin gəliri 14 trilyona çatdı

Çin Müəssisələri Konfederasiyası 500-dən çox böyük şirkətin siyahısını dərc edib. Siyahıda yer alan şirkətlərin gəlirləri 13,9 trilyon dollar təşkil edib. Bu göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 4,3% çoxdur. Siyahıya Çinin Dövlət Elektrik Şəbəkəsi Şirkəti rəhbərlik edib. Korporasiyanın gəliri 412,94 milyard dollar olub. Ondan sonrakı yerlərdə Çin Milli Neft-Qaz Şirkəti (303,3 milyard dollar) və…