Diaspor üzvlərimiz Mayamidəki Beynəlxalq təhsil həftəsində ölkəmizi təmsil ediblər

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Florida ştatının Mayami şəhərində keçirilən Beynəlxalq təhsil həftəsində ölkəmizi Florida Azərbaycanlıları Amerika Mədəniyyət Assosiasiyası təmsil edib. Florida Beynəlxalq Universitetinin təşkilatçılığı ilə baş tutan tədbirdə qurulan Azərbaycan guşəsində ölkəmizin Vətən müharibəsində qazandığı qələbəni, qədim tarixini, zəngin mədəniyyətini, mətbəxini, musiqisini və turizm imkanlarını əks etdirən kitablar, jurnallar, videoçarxlar,…

Türkiyə F-4 qırıcılarının istismar müddətini uzadıb

Türkiyə F-35 proqramından çıxarıldıqdan sonra 2020-ci illərin əvvəllərində istismardan çıxarmağı planlaşdırdığı F-4 döyüş təyyarələrini 2030-cu ilə qədər istifadə etməyə qərar verib. Bu barədə Milli Müdafiə Nazirliyinin 2022-ci il büdcə təklifi ilə bağlı parlament komissiyasında çıxış edən müdafiə naziri Hulusi Akar məlumat verib. Qəzet bildirib ki, ABŞ-dan 40 yeni F-16 təyyarəsinin alınması və hazırda istifadə edilən…

ABŞ donanmasına ilk “Freedom” sahil döyüş gəmisi təhvil verilib

ABŞ Hərbi Dəniz Qüvvələrinə ilk “Freedom” sahil döyüş gəmisi təhvil verilib. Bu barədə “Defense news” nəşri yazıb. Bir sıra problemlərin olduğu açıqlansa da, ABŞ donanmasının rəsmiləri sahilyanı döyüş gəmisindən razıdır. “Lockheed Martin” şirkəti tərəfindən Viskonsin ştatındakı “Fincantieri Marinette” gəmiqayırma zavodunda hazırlanan “Freedom” sinfinə məxsus gəmilərdə bir sıra qüsurlar aşkar edilib. Sürətlə hərəkət edərkən gəmidə nasazlıq…

Bakı ilə danışıqlar gizli aparılır

Ermənistan çox gərgin proseslə üz-üzədir və hər bir potensial müzakirə vacibdir. Bunu Ermənistan parlamentinin Mülki Müqavilə Partiyasından olan deputatı Artur Ovannisyan deyib. Onun sözlərinə görə, demək olar ki, bütün danışıqlar gizli şəkildə aparılır. “Əslində, danışıqlar heç vaxt açıq aparılmır, demək olar ki, həmişə gizli olur”, – Ovannisyan bildirib. Parlamentin Müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri…

Razılıq verdik, demarkasiya başlayır

Demarkasiya prosesinə hazırlıq sıfır nöqtəsindən başlayacaq. Bu sözləri Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan bugünkü brifinqdə deyib. Onun sözlərinə görə, Ermənistan prosesin başlanmasına razılıq verib. Köçəryan Moskvadan daxil olan təklifin detallarını da açıqlamayıb. Hakim Mülki Müqavilə fraksiyasının deputatı Eduard Ağacanyan isə bildirib ki, Ermənistan prosesi müvafiq komissiya formasında və birbaşa (vasitəçisiz)…

BMT İlham Əliyevin təşəbbüsü ilə qətnamə qəbul etdi

Noyabrın 18=də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Qətnaməyə 126 BMT üzvü…