Azərbaycanlı fotoqraf müəllifi olduğu kitabları Varşava şəhərinin ən böyük kitabxanasına hədiyyə edib

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək üçün Polşada səfərdə olan gənc azərbaycanlı fotoqraf Etibar Cəfərov müəllifi olduğu kitabları paytaxt Varşava şəhərinin ən böyük kitabxanasına (The National Library Palace) hədiyyə edib. Azərbaycan təbiətinin gözəlliklərini, tarixi və mədəniyyət abidələrinin unikallığını əks etdirən kitablara maraq böyük olub. Bu gündən həmin kitabxanada ölkəmizin füsunkar…

İtaliya paytaxtında Zəfər Günü ilə bağlı məlumatlandırıcı aksiya təşkil edilib

Roma şəhərində Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənin birinci ildönümünə həsr olunmuş məlumatlandırıcı aksiya təşkil edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-İtaliya Birliyinin təşəbbüsü ilə təşkil edilən aksiya zamanı paytaxtın 52 nəqliyyat dayanacağındakı elektron lövhələrdə “Zəfər üçün sülh” adlı fotomateriallar yerləşdirilib. Fotomateriallarda Şuşa qalasının, Azərbaycan əsgərlərinin azad edilmiş torpaqlarımıza üçrəngli bayrağımızı sancmasının və “Xarı…

İlham Əliyev və Nikol Paşinyan arasında baş tutacaq görüşlə bağlı

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə 19 noyabr 2021-ci il tarixində telefon danışıqları baş tutub və Aİ Şurasının Prezidenti bu ilin 15 dekabr tarixində Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində hər iki ölkə liderinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib”.…

Prezident ədliyyə naziri ilə bağlı sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Daşqın Rəhimova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Hidayət oğlu Rəhimova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.