Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
Baş tutacaq qarşılaşmaların ardından 1/8 finala adlayacaq 8 klubun adına aydınlıq gələcək.
Raundun ən diqqətçəkən cütlüyü olan İspaniya “Barselona”sı ilə İngiltərə klubu “Mançester Yunayted” bu dəfə ikincilərin meydanında üz-üzə gələcəklər. “Nou Kamp”dakı qollu bərabərliyin revanşında komandalar “Old Trafford”da münasibətlərinə aydınlıq gətirəcəklər.
Turnirin digər favoritləri hesab edilən İtaliya klublarından “Roma” öz meydanında, “Yuventus” isə səfərdə çıxış edəcək.