“Rusiya yüksək riskə getməyə hazırdır”

“Rusiya NATO ilə silahlı münaqişədən yayınmaq istəyir, lakin yüksək riskə getməyə də hazırdır”. Bu açıqlama ilə İsveçin Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin rəhbəri Lena Xallin çıxış edib. İsveçin Təhlükəsizlik Xidmətinin rəhbəri əlavə edib ki, Rusiya İsveç üçün hərbi təhlükə yaradır, lakin hazırda onun bütün diqqəti Ukraynadakı müharibəyə yönəlib. Lena Xallin bildirib ki, Rusiya Federasiyası İsveç…

Polşa Belarus yük avtomobilləri üçün sərhədi bağladı

Polşa Daxili İşlər Nazirliyinin Belarus yük maşınlarının “Kukuriki-Kozloviçi”də sonuncu sərhəd keçid məntəqəsində yüklərin daşınmasını qadağan edən qərarı çərşənbə axşamı qüvvəyə minib. Bundan sonra Belarus avtomobilləri ölkəyə yalnız Litva və ya Latviya vasitəsilə daxil ola bilər. Polşa daxili siyasət idarəsinin bildirdiyi kimi, qadağa “Belarus hakimiyyəti Polşa daşıyıcıları üçün məhdudiyyətləri aradan qaldırana qədər” qüvvədə olacaq. Polşanın sərhəd…

“200 min yaşayış binasının tikintisinə başlayacağıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP lideri Dövlət Baxçalı Qaziantepin Nurdağı konteyner şəhərini ziyarət ediblər. Dövlət başçısı səfərdən sonra açıqlamalar verib. O, mart ayında zəlzələdən zərər çəkənlər üçün binaların inşasına başlanılacağını bildirib. “Növbəti bir ayda 18 min 544-ü Qaziantepdə olmaqla, 200 min yaşayış binasının tikintisi üçün işlərə başlayacağıq. 9130 kənd evi tikib, zərərçəkənlərə təhvil…

İsveçin baş naziri Türkiyə ilə danışıqların bərpasını alqışlayır

İsveçin baş naziri Ulf Kristersson Ankaranın İsveç və Finlandiya ilə NATO-ya üzvlük barədə danışıqları bərpa etməyə hazır olmasına dair açıqlamasını alqışlayır. O, bu barədə bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib. “Mən onların üçtərəfli saziş üzrə müzakirələri bərpa etmək istəmələrini alqışlayıram”, – hökumət başçısı deyib. Baş nazirin sözlərinə görə, Ankara heç vaxt təmaslardan tamamilə imtina etməyib.…

Aİ öz vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib

Avropa İttifaqı üzv ölkələrin vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib. Bu barədə bazar ertəsi Aİ xarici işlər xidmətinin rəhbəri Josef Borrelin Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən iclasının yekunlarına dair bəyanatında bildirilir. “Şəxsi təhlükəsizlik üçün ciddi riskə görə Aİ ölkələri öz vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edir”, – mətndə deyilir. Sənəddə vurğulanır ki, Avropa İttifaqı…

Cənubi Koreyada 6G şəbəkəsi istifadəyə veriləcək

Cənubi Koreya hakimiyyəti “K-Network 2030” dövlət planında nəzərdə tutulan müddətdən iki il əvvəl – 2028-ci ildə ölkədə altıncı nəsil mobil rabitəni işə salmaq niyyətindədir. Bu barədə Elm, İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, 6G-nin inkişafı və tətbiqi hökumətin Cənubi Koreyanın şəbəkə infrastrukturu üzrə dünya lideri titulunu saxlamaq istəyi ilə əlaqədardır. Bundan…

Aİ Moldovaya təhlükəsizlik missiyası göndərmək imkanlarını araşdırır

Aİ Şurası ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində Moldovaya missiya göndərmək imkanını öyrənir. Bunu bazar ertəsi Avropa İttifaqının xarici işlər xidmətinin rəhbəri Jozep Borrel Brüsseldə birlik ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib. “Moldova ümumi təhlükəsizlik və müdafiə siyasətimizin bir hissəsi kimi bizim missiyamızı qəbul etmək istəyini açıq şəkildə ifadə edir. Biz…

NATO-nun baş katibi vəzifəsindən nə vaxt gedəcəyini açıqladı

NATO-nun baş katibi Yens Stoltenberq payızda vəzifəsini tərk edəcəyini bildirib. O, NATO-nun baş katib postuna layiqli şəxsin tapılacağına ümid etdiyini deyib. Stoltenberq alyans üzvlərinin xahişi ilə bu vəzifədə qalması barədə deyilənləri yanlış adlandırıb. Siyasətçi qeyd edib ki, hələ baş verənlər barədə spekulyasiya etmək niyyətində deyil. “Mən bütün diqqətimi NATO-nun Ukraynaya yardımının təmin olunmasına yönəldirəm”, –…

Gənclər və İdman Nazirliyinin bir səlahiyyəti Səhiyyə Nazirliyinə verildi

Gənclər və İdman Nazirliyinin bir səlahiyyəti ləğv edilib. Bu, Prezident İlham Əliyevin bu gün imzaladı “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında fərmanda öz əksini tapıb. Fərmana əsasən, Gənclər və İdman Nazirliyinin idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə çərçivəsində terapevtik istifadəyə icazə, intizam və apellyasiya qurumları yaratmaq və onların əsasnamələrini təsdiq etmək sahəsində…