Azərbaycanlı vəkillər Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı tərəfindən mükafatlandırılıb

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı tərəfindən bir qrup azərbaycanlı hüquqşünas “Ədalət” ordeni ilə təltif edilib. Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov  açıqlamasında bildirib ki, son illər vəkillik sahəsində çox ciddi irəliləyişlər əldə olunub. “Vətəndaşlara yüksək keyfiyyətli hüquqi dəstək göstərmək üçün bütün lazımi şəraitin yaradılması vacibdir”, – deyə bildirib. Onun sözlərinə görə, Azərbaycan və Ukrayna vətəndaşlarının hüquqlarının müdafiəsində…

Ukrayna Azərbaycanlıları Radası ölkənin “Ze!Molodyojka” gənclər təşkilatı ilə əməkdaşlıq müqaviləsi imzalayacaq

Ukrayna Azərbaycanlıları Radasının (UAR) Kiyev şəhərindəki mərkəzi ofisində “Ze!Molodyojka” gənclər təşkilatının nümayəndələri ilə görüş keçirilib. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, görüş zamanı UAR baş katibi Ceyhun Məmmədov, “Ze!Molodyojka” təşkilatının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Alina Poddubnaya, Ukrayna Azərbaycanlı Gənclər Radasının (UAGR) sədri Vaqif Nağıyev və gənc fəallar çıxış ediblər. Bildirilib ki, UAR…

İstanbulda ümummilli lider Heydər Əliyevin Anım Günü keçirilib

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, İstanbul şəhərində Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Anım Günü keçirilib. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) üzv-təşkilatı olan İstanbul-Azərbaycan Dostluq Dərnəyinin təşkilatçılıgı ilə baş tutan tədbirdə TADEF sədr müavini Pərviz Məmmədzadə, “VƏFA” Beynəlxalq Humanitar Yardım Təşkilatının sədri Musab Aydın,…

ABŞ-a baha başa gələcək

ABŞ-ın bu qərarı mühüm sahələrdə qarşılıqlı dialoqa və əməkdaşlığa xələl gətirə bilər. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını boykot qərarı ilə bağlı danışarkən deyib. Sözçü ABŞ-ın oyunlara zərər vurmağa çalışdığını və bununla öz etibarını zədələdiyini vurğulayıb. Çin Xarici İşlər Nazirliyi qarşılıqlı tədbirlər görüləcəyini, ABŞ-ın bu səhvlərinin baha başa…

ABŞ yaxşı başa düşür ki, SSRİ-nin bərpası mümkün deyil

SSRİ-ni yenidən bərpa etmək mümkün deyil. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. “ABŞ dövlət katibinin müavini Viktoriya Nuland yaxşı başa düşür ki, SSRİ-ni yenidən bərpa etmək mümkün deyil”, – deyə Kremlin sözçüsü vurğulayıb. Qeyd edək ki, V. Nuland ABŞ hakimiyyətinin Rusiya Prezidenti Vladimir Putinin Sovet İttifaqını yenidən bərpa etmək səylərindən qorxduğunu açıqlayıb.

Səudiyyə ABŞ-dan kömək istədi

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemlərinin sursatları, eləcə də “Patriot” raketləri tükənmək üzrədir. “Vol Strit” jurnalı məlumat verir ki, Səudiyyə Ərəbistanı bununla bağlı ABŞ və Avropa başda olmaqla müttəfiqlərindən təcili kömək istəyib. Belə ki, yerli mənbələr Yəməndən husilər tərəfindən PUA və digər vasitələrlə edilən hücumların qarşısının alınmasında istifadə olunan “Patriot” raketlərinin bitmək üzrə olduğunu qeyd…

İl ərzində doğulan uşaqlara ən çox qoyulan adlar açıqlandı

Yeni doğulan uşaqara gülünc, şəxsi mənafeyə xələl gətirən adların qoyulmasına qadağa qoyulub. Bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib. “Bu gün belə adların qoyulmasına məhdudiyyət tətbiq edildiyi üçün statistika aparılmır. Bu, dünya praktikasında da belədir. Lakin il ərzində doğulan uşaqlara ən çox qoyulan adlar barədə məlumat var. Belə ki, oğlan…

Kəramət Hüseynov qızıl medal qazandı

Cüdo üzrə Azərbaycan Kubokunda daha 4 çəki üzrə medalçılar müəyyənləşib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışın ikinci günündə qadınlar arasında 52 kq (10 iştirakçı) və 70 kq (4 iştirakçı), kişilər arasında isə 66 kq (52 iştirakçı) və 90 kq (15 iştirakçı) çəki dərəcələrində qaliblər və mükafatçılar bəlli olub. 60…

“Futbolçularımdan daha yaxşı oynamağı tələb etmişəm”

“Sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. Matça ciddi hazırlaşmışıq. Futbolçularımdan daha yaxşı oynamağı tələb etmişəm”. Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İsveçrədə “Bazel”ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib. 49 yaşlı mütəxəssis zədəsini yenicə sağaltmış kolumbiyalı müdafiəçi Kevin Medinanın artıq komandaya qoşulacağını bildirib: “Məşq etdikdən sonra ümumi gedişata…

“Putin nəzakətli idi, mesajımı aldı…”

Putin nəzakətli idi, amma çox açıq şəkildə söylədim. Əgər o, həqiqətən də Ukraynanı işğal etsə, bunun ciddi nəticələri olacaq. Heç vaxt görmədiyiniz iqtisadi nəticələr… Mesajı aldığına əminəm. Bu sözləri ABŞ Prezidenti Co Bayden Rusiya prezidenti ilə keçirdiyi görüş barədə jurnalistlərə açıqlamasında deyib. ABŞ prezidenti Rusiyanın qarşısını almaq məqsədilə Ukraynaya amerialı hərbçilərin göndərilib-göndərilməyəcəyinə dair sualı belə…