“Arsak toponimi: tarix və müasirlik” mövzusunda beynəlxalq konfrans keçirilib
Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Bakıda “Arsak toponimi: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin, Qarabağ Azadlıq Təşkilatının və Beynəlxalq Qarabağ Forumunun təşkilatçılığı ilə əyani və videokonfrans formatında baş tutan konfransda Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan, Almaniya, Rusiya, Niderland, İsveçrə, İsveç və digər ölkələrdə yaşayan elm…






