Londonda Azərbaycan dilini tədris edən Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb
Londonda fəaliyyət göstərən Britaniya Avropa Azərbaycan Məktəbi (British European Azerbaijani School) nəzdində Mədəniyyət Mərkəzi açılıb. Layihə rəhbərləri bildiriblər ki, mərkəzdə uşaqlara Azərbaycan dili tədris olunacaq. Bundan başqa, Azərbaycanın mədəni-mənəvi dəyərləri, tarixi, çoğrafiyası, milli və klassik musiqisinə dair fənnlər üzrə dərslər təşkil ediləcək. Yaxın gələcəkdə mərkəzdə Azərbaycan rəqsləri, milli idman oyunları, tətbiqi sənət, rəngkarlıq və qrafika…








