Rusiyanın Arktika regionunda tədqiqat stansiyasında işləyən bioloq Vera Yemelyanko bu yaxınlarda itləri ilə gəzinti zamanı qar yığınlarında mavi parıltını seyr edib.
Hadisəni araşdırmaq üçün bir ovuc qar götürən bioloq, sıxıldığı zaman mavi işıqların daha da artmasının şahidi olub. Yemelyanko sonrdan ayaq izlərinin də “mavi Milad işıqları kimi” parıldadığını görüb.
Ağ Dəniz Biologiya Stansiyasındakı laboratoriyasında götürdüyü qar nümunələrini mikroskopla araşdıran alim, belə nəticəyə gəlib ki, parıltını “Copepoda” cinsinə aid “bioluminescent” canlıları əmələ gətirir.
Qeyd edək ki, “bioluminesans” bəzi canlıarın kimyəvi reaksiyalar nəticəsində işıq əmələ gətirdiyi zaman yaranan parıltıdır. Bu xüsusiyyəti ilə ən çox tanınan canlılar atəşböcəkləridir. Halbuki təbiətdə bu kimyəvi prosesi həyata keçirə bilən bir çox canlı var.
Rusiya Elmlər Akademiyasından Arktika dəniz həyatı üzrə ekspert Kseniya Kosobokova bildirib ki, bu parıldayan mikroorqanizmlər çox güman ki, güclü axın nəticəsində Ağ dənizin sahilinə çıxıblar.
Çünki dekabr ayı ərzində dənizdə dalğaların çox kəskin olduğu müşahidə olunub.







