Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının rəhbəri dövlət mükafatına layiq görülüb
Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Prezident İlham Əliyevin təsis etdiyi “Diaspor fəaliyyətində xidmətlərə görə” medalı ilə təltif edilib. E.Məmmədov Ukraynada Azərbaycan diasporunun inkişafında və Azərbaycanın nailiyyətlərinin təbliği ilə bağlı layihələrin həyata keçirilməsində mühüm xidmətlərinə görə təltif edilib.







