Prezident 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib – Video

Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər. Watch this video on YouTube

“Müstəqilliyə gedən yolun şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda videokonfrans keçirilib

Platform4.news xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) 20 Yanvar – Ümumxalq Hüzn Gününün 32-ci ildönümü ilə əlaqədar “Müstəqilliyə gedən yolun şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda videokonfrans keçirilib. DİDK rəhbərliyinin moderatorluğu ilə aparılan konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, 20 Yanvar faciəsinin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik…

Avropa Komissiyası Rusiyaya xəbərdarlıq edib

“Avropa İttifaqı Ukraynada vəziyyət pisləşəcəyi təqdirdə Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edəcək”. Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tviter hesabında yazıb. “Biz Ukrayna ilə həmrəyliyimizi bir daha təsdiqləyirik. Vəziyyət pisləşərsə, tərəfdaşlarla razılaşdırılmış genişmiqyaslı sanksiyalar tətbiq edəcəyik. Avropa İttifaqı ilə Rusiya arasında dialoq davam edir. Biz Rusiya ilə dialoqu davam etdiririk, lakin Avropanı təsir…

Volodimir Zelenski ABŞ-ın dövlət katibi ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşüb. Görüş amerikalı siyasətçinin Kiyevə rəsmi səfəri çərçivəsində baş tutub. “Rusiyanın məqsədi ölkələrimiz arasında ədavət toxumu səpməkdir, buna imkan verə bilmərik. Biz birlikdə hərəkət etməliyik, birliyimizi gücləndirməliyik – bu, indiki məqamda, xüsusən də Rusiyanın təcavüzü halında çox vacibdir”, – E.Blinken bildirib. V.Zelenski isə ABŞ-ın dövlət katibinin…