Xeyriyyəçilik hər zaman Azərbaycan xalqının ayrılmaz əlaməti olub

“Müharibədən sonra mənim təşəbbüsümlə Qarabağ Dirçəliş Fondu, YAŞAT Fondu yaradılıb”. Bunu Prezident İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında bildirib. “Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm YAŞAT Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xüsusilə xaricdə…

Azərbaycanın peykdən yayımlanan bütün telekanalları HD formatına keçir

Yanvarın 28-dən “AzərSpace” peyki üzərindən ümumölkə və peyk televiziya kanallarının yayımının SD formatdan HD formata keçirilməsi nəzərdə tutulur. Bu barədə  Milli Televiziya və Radio Şurasından (MTRŞ) məlumat verilib. Şura peyk televiziya yayımını qəbul edən istifadəçilərə müraciət edərək bildirib ki, bu məqsədlə aşağıdakı texniki parametrlərdən istifadə olunacaq: Frequency: 11175 Symbol Rate: 30000 Polarization: Horizontal FEC: 3 / 4.

“Ukraynanın işğalı mümkün deyil…”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın Rusiya tərəfindən işğalı ssenarisini «reallıqdan uzaq» adlandırıb. Bu barədə “Anadolu” agentliyi xəbər verir. Türkiyə lideri onu Albaniyaya səfəri zamanı müşayiət edən jurnalistlərlə söhbətində qeyd edib ki, “belə bir addım atmaq üçün Moskva dünyada və ölkə daxilindəki vəziyyəti təhlil etməlidir”. O bildirib ki, ötən gün Kiyevdə olan Azərbaycan prezidenti İlham…

Tağıyev haqda 8 seriyalı film 2023-cü ildə hazır olacaq

Neft maqnatı, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev haqqqında serialın hazırlıq mərhələsi davam edir. Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib. Qeyd olunub ki, 8 seriyadan ibarət olan film Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunur. “Film ortaq layihədir – Bakı Media Mərkəzi də daxil olmaqla bir neçə istehsalçısı var. Bildiyiniz kimi, 2023-cü ildə…

ABŞ qədim tarixi nümunələri İraqa qaytaracaq

ABŞ İraqdan qanunsuz olaraq çıxarılan iki qiymətli tarixi nümunəni bu ölkəyə qaytaracaq. Bu barədə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl Səhhəf bildirib. O deyib ki, İraq Respublikasının Los-Anceles Baş Konsulluğuna ABŞ Federal Kəşfiyyat Bürosu (FBİ) ilə əlaqəli şəkildə yaşı 4 min ildən çox iki artefakt çatdırılacaq. Onlardan biri Ur şəhərindən olan mixi yazılı lövhə, digəri…

“Yandex”in ilk robot-kuryeri Cənubi Koreyada

Rusiyanın “Yandex” şirkəti bu il Seulda kuryer robotlarla çatdırılma həyata keçirməyi planlaşdırır. Bununla bağlı Cənubi Koreya şirkəti ilə artıq müvafiq saziş də imzalanıb. Bu barədə internet holdinqin mətbuat xidməti məlumat yayıb. “Yandex”in pilotsuz texnologiyalar üzrə rəhbəri Dmitri Polişçuk qeyd edib ki, onlar “KT Corporation” ilə Şərqi Asiyanın məşhur paytaxtında avtonom robotların işinin təşkili ilə bağlı…

24 yanvar tarixindən etibarən Bakı – Şuşa istiqamətində avtobus marşrutları istifadəyə verilir

Şuşaya avtobusla gediş haqqı – 10 manat 40 qəpik Bakıdan Ağdama bir istiqamət üzrə bilet isə 9 manat 40 qəpik olacaq. Əhmədbəyli-Şuşa 7, Bərdə-Ağdam 5, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa istiqaməti üzrə bilet 6 manatdır. Tariflər bir istiqamət üzrə müəyyənləşib. Səhər 6.30-da avtobuslar Bakıdan çıxacaq. Həmin məntəqədən geri dönüş 2 saat yarım sonra olacaq. Vətəndaşlara ildə…