Polşa Prezidenti İlham Əliyevə zəng etdi

Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı Polşa Prezidenti 2019-cu ildə Azərbaycana rəsmi səfərini məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev də bu səfərin uğurlu olduğunu, ikitərəfli əlaqələrimizin inkişafına töhfə verdiyini vurğulayıb. Telefon danışığı zamanı Azərbaycan ilə Polşa arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb. Polşa Prezidenti ATƏT-in fəaliyyətdə…

Amerikalı mer Xocalı soyqırımının ildönümü ilə bağlı bəyannamə imzaladı

ABŞ-ın Florida ştatının Hallandeyl Biç şəhərinin meri Coy Kuper Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyannamə imzalayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, Azərbaycan icmasına ünvanlanmış bəyannamədə deyilir ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz və etnik təmizləmə siyasəti nəticəsində erməni silahlı birləşmələri sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci…

“NATO Ukraynaya özünü müdafiə etməyə kömək edir”

“NATO ölkələri Ukrayna ətrafında vəziyyətin nizamlanması üçün diplomatik səylərini davam etdirirlər”. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib. “Moskvanın açıqlamasına baxmayaraq, biz deeskalasiya əlamətləri görmürük. NATO ölkələri sərhəddəki vəziyyəti nizamlamaq üçün Ukraynaya təlimatçılar, hərbi sursatlar, kəşfiyyat məlumatları və əhəmiyyətli miqdarda maliyyə yardımı təqdim edirlər. NATO Ukraynaya özünü müdafiə etməyə kömək edir. Özünümüdafiə hər bir ölkənin…

Zelenski Rusiya və ABŞ-dan Ukrayna üçün təhlükəsizlik zəmanəti tələb etdi

“Kiyev NATO ölkələrinə təklif olunandan geri qalmayacaq təhlükəsizlik təminatı sistemi almalıdır”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. “NATO, əslində, Ukraynanın qoşula biləcəyi mövcud təhlükəsizlik ittifaqlarından yeganə qurumdur. Orada bizim üçün açıq qapı mövqeyi var. Amma bu yolda uzun bir məsafə var – illər və aylar, xüsusən də eskalasiya olacaqsa. Bu yolu keçməklə biz zəmanət sistemi…

“Qondarma “DXR” və LXR”lə danışıqlar aparılmayacaq”

“Kiyev Donetsk və Luqansk ilə birbaşa danışıqlara getməyəcək, çünki onlar heç nəyə qərar vermirlər”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “RBC-Ukrayna”ya müsahibəsində deyib. “Bu mənasızdır. Onlar sadəcə heç nə həll etmirlər. Buna niyə vaxt sərf edirsiniz? Onlar güllə atıb uşaq bağçasına, məktəbə girə bilərlər… Bax buna onlar qərar verirlər”, – Zelenski deyib. Qeyd edək ki, separatçı…

Britaniya Rusiyanın Ukraynanı işğal xəritəsini dərc etdi – Foto

Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya “işğal istiqamətləri”nin xəritəsini dərc edib və  xəritədə Rusiya Prezidenti Vladimir Putinin adı qeyd olunub. Qurumun rəsmi Tvitter səhifəsində yerləşdirilmiş “Prezident Putinin mümkün işğal oxu” adlı diaqramda oxlar qurudan hücumun iki mərhələsini təsvir edir. Birinci istiqamətdə olan oxlar Rusiyanın qərb bölgələrindən Kiyev və Dnepr, Krımdan Azov sahilləri boyunca və Belarus…

“Ukraynada müharibə olmayacaq”

BMT-nin baş katibi Antonio Quterreş hesab edir ki, Ukraynada müharibə olmayacaq. Bu barədə katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. Onun sözlərinə görə, münaqişə olarsa, fəlakət baş verəcək. “Bununla belə, nikbinlik üçün səbəb var. Heç bir tərəf vəziyyətin mümkün diplomatik həllinə “qapsıını bağlamayıb”. Beləliklə, bir tərəfdən eskalasiya ritorikasının və gərginliyin artması, digər tərəfdən isə “müxtəlif səviyyələrdə…