Ukrayna 48 saat ərzində ATƏT-in iclasının keçirilməsini tələb etdi

“Vyana sənədi çərçivəsində dünənki görüşə qatılmaqdan imtina edən Rusiyadan şəffaflıq tələbinə davam edirik”. Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba özünün Tvitter hesabında yazıb. “Ukrayna 48 saat ərzində ATƏT Daimi Şurasının və ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun birgə iclasının keçirilməsini tələb edir. Biz bir daha Rusiyanı iştirakçı dövlətlərin haqlı narahatlıqlarını aradan qaldırmağa və Ukrayna ilə…

Lavrovla Çavuşoğlunun telefon danışığı oldu

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, Lavrov Türkiyəni Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə konstruktiv və məsuliyyətli cavabın hazırlanmasına töhfə verməyə çağırıb. “Beynəlxalq gündəliyin əsas mövzuları müzakirə edilib. Lavrov Avropada təhlükəsizliyin uzunmüddətli hüquqi təminatlarının təmin edilməsi…

“Putin geosiyasi qələbə qazandı”

“Rusiya Prezidenti Vladimir Putin ABŞ və Avropa üzərində geosiyasi qələbə qazanıb”. Bu barədə Britaniyanın “The Telegraph” nəşri yazıb. Müşahidəçilərin fikrincə, Rusiya dövlət başçısı Qərb dünyasının zəif tərəflərini üzə çıxarıb. Müəlliflər yazır ki, Brüssel xarici siyasət arenasında mühüm rol oynamaq istəyirdi, lakin ona iddialarının əsassız olduğu göstərildi. Avropa dövlət xadimləri Moskvaya qarşı vahid cəbhə yaratmaqdan imtina…

XOCALI QƏTLİAMI–AZƏRBAYCANLILARIN SOYQIRIMI

DÜNYA AZƏRBAYCANLILARI DİASPORA TƏŞKİLATLARININ, BEYNƏLXALQ QARABAĞ FORUMUNUN DİQQƏTİNƏ! Hörmətli soydaşlarım, vətəndaşlarımız! 2022-ci il fefral ayının 26-da Xocalı faciəsinin 30-cu il dönümü ilə əlaqədar Avropa ölkələrində təşkil edəcəyəmiz tədbirlərin ictimai fikirə güclü tə`sir etməsi, yaşadığımız cəmiyyətlərə doğru anlaşılan və dəqiq mə`lumatın çatdırılması, vacib olan nəticə əldə edə bilməmiz məqsədilə, Azərbaycanın Xocalı şəhərində erməni silahlı örgütləri tərəfindən…

“AOPE” – Qrant müsabiqəsinin qalibi

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ötən il elan etdiyi qrant müsabiqəsinin qaliblərindən olan “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyi layihənin icrasına start vermişdir. “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir” adı altında həyata keçirilən “Orqanik Qarabağ-Dayanıqlı İnkişaf İstiqamətləri” adlanan layihə çərçivəsində işğaldan azad edilmiş rayonlardan olan sahibkarlar…

İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə icra olunur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonunda səfərdə olublar. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Ağdam şəhərində yeni inşa olunmuş “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak ediblər. Səfər zamanı Prezident cənab İlham Əliyev müsahibəsində qeyd edib ki, Ağdamın…