“Dörd ölkə risk altındadır – 15 milyon insanın yaşadığı ərazi su altında qala bilər”

“15 milyona yaxın insanın yaşadığı ərazi təhlükə altındadır, buzlaqların əriməsi genişmiqyaslı daşqınlara səbəb ola bilər”. Bu qənaətə Böyük Britaniyanın Nyukasl Universitetinin alimləri gəliblər. Alimlərin fikrincə, əsrin sonuna qədər Yer üzündəki 215 min buzlağın təxminən yarısı əriyəcək. Bu da buzlaq göllərinin çatlamasına və nəticədə daşqınlara səbəb olacaq. Bu proses dörd ölkəyə dağıdıcı təsir göstərəcək ki, bunlar…

BMT Ukraynada həlak olan dinc sakinlərin sayını açıqladı

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan indiyədək 21 793 mülki şəxs zərər çəkib. Onlardan 8 173 nəfər həlak olub. Bunu BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı açıqlayıb. Bildirilib ki, 8 000-dən çox ölümlə yanaşı, BMT Rusiyanın təcavüzü nəticəsində 13 620 nəfərin də yaralandığını qeydə alıb. Ötən ay 589 zərərçəkmiş təsdiqlənib – 138 dinc sakin həlak…

ABŞ və İsrail İranın nüvə silahlarına qarşı tədbirləri gücləndirmək barədə razılığa gəldilər

ABŞ və İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər. Bu barədə Ağ Evin yaydığı iki ölkənin birgə bəyanatında deyilir. “Rəsmilər İranın nüvə proqramının irəliləyişini böyük narahatlıqla nəzərdən keçirdilər və İsrail ilə ABŞ arasında çoxillik təhlükəsizlik tərəfdaşlığının daha da gücləndirilməsinin qarşılıqlı məqsədini bir daha təsdiq etdilər”, – deyə məlumatda…

Nyu-Yorkda tarixi bina Türkiyə bayrağının rənglərinə boyandı

ABŞ-nin Nyu-York ştatında yerləşən “Empire State Building” binası Kahramanmaraşda baş verən zəlzələlər səbəbilə Türkiyə bayrağının rəngləri ilə işıqlandırılıb. Tarixi bina fevralın 6-da Türkiyədə baş verən təbii fəlakətdə həyatını itirənlərin xatirəsini yad etmək və sağ qalanlara dəstək olmaq məqsədilə qırmızı və ağ rənglərə boyanıb. Bu barədə bina rəhbərliyi “Twitter” səhifəsində paylaşım edib. “6 fevralda baş verən…

ABŞ müdafiə naziri İraqa səfər edib

ABŞ müdafiə naziri Lloyd Ostin İraqa elan olunmamış səfər edib. Xəbəri yayan mənbə səfərin təfərrüatını açıqlamayıb. Qeyd edək ki, iki gün əvvəl L.Ostin İordaniyanın paytaxtı Əmmana səfər etmiş və Kral II Abdullah tərəfindən qəbul edilmişdi. Məlumat üçün həmçinin əlavə edək ki, səfər İraq lideri Səddam Hüseynin devrilməsinin 20-ci ildönümü ərəfəsində baş tutub.

Krımda aerodrom ərazisində partlayışlar eşidilib

Martın 7-də səhər saatlarında Ukraynanın işğal altında olan Krım vilayətinin Sevastopol şəhərində gurultulu partlayış səsləri eşidilib. Rusiyalı hərbçilər bunu təlimlərlə əsaslandırıblar. Bu barədə “RBC-Ukrayna” qondarma qubernator Mixail Razvojayevin “Telegram” hesabına istinadən məlumat verib. Yerli sakinlər sosial şəbəkələrdə qeyd edirlər ki, partlayışlar “Belbek” aerodromu ərazisində baş verib. Mixail Razvojayev isə bölgədə “hər şeyin sakit olduğunu” iddia…

Ukraynalı qadın “Mənəvi və fiziki cəsarətə görə” ABŞ Dövlət Departamenti mükafatının laureatı oldu

Tayra ləqəbli (Yuliya Paevskaya) məşhur ukraynalı paramedik (təcili tibbi vəziyyətlərdə xəstələrə və ya yaralılara xidmət göstərən peşəkar insan) ABŞ Dövlət Departamentinin “Beynəlxalq Cəsarətli Qadınlar” (IWOC) mükafatının laureatı olub. 2022-ci ilin yazında Rusiya əsirliyinin bütün dəhşətlərini görən Tayra oradan sağ çıxmağa nail olub. Bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib. Qeyd edilib ki, Tayra bu…