Türkiyə Britaniya və ABŞ ilə birgə bəyanat imzaladı

Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Somali, Türkiyə, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının nümayəndələri Somalidə təhlükəsizlik, dövlət quruculuğu, inkişaf və humanitar fəaliyyətlə bağlı birgə bəyanat yayıblar. Bu barədə BƏƏ Xarici İşlər Nazirliyi martın 7-də məlumat verib. Ölkə nümayəndələri Vaşinqtonda görüşüblər. Tərəfdaşlar terrorizmlə mübarizədə Somali federal hökumətinə dəstəklərini ifadə ediblər. Onlar Somalinin “Əl-Şəbab” qruplaşması ilə mübarizəsini dəstəkləmək…

BMT zəlzələnin Türkiyəyə vurduğu ziyanın məbləğini açıqladı

“Fevral ayında baş verən zəlzələlərin Türkiyəyə vurduğu ziyan 100 milyard dolları keçə bilər”. Jurnalistlər üçün keçirilən brifinqdə çıxış edən BMT-nin İnkişaf Proqramının Türkiyədəki rəsmi nümayəndəsi Luiza Vinton belə deyib. BMT-nin nümayəndəsi Hatay vilayətindəki vəziyyəti “apokaliptik” adlandıraraq, yüz minlərlə evin dağıldığını bildirib. “Yardıma ehtiyac böyükdür, lakin resurslar azdır”, – deyə Luiza Vinton vurğulayıb.