NATO “Rusiya Federasiyası ilə böhran” halında alyansın minlərlə əsgərinin hazırlıq səviyyəsini yüksəldir.
Bu barədə Almaniyanın DPA nəşri etibarlı mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, söhbət çevik reaksiya qüvvələrindən gedir.
“NATO Rusiya ilə böhrana görə minlərlə əsgərin hazırlıq səviyyəsini yüksəldir”, – mənbə bildirib.
Qeyd olunur ki, çevik reaksiya qüvvələri münaqişə bölgəsinə əvvəlki kimi 30 gün deyil, yeddi gün ərzində irəliləməlidir.







