Aİ ölkələri Rusiyaya sanksiyalarla bağlı razılığa gəldi

Avropa İttifaqı ölkələrinin liderləri fövqəladə sammitdə Rusiyaya qarşı maliyyə sektoruna, enerji və nəqliyyat sektorlarına, ikili təyinatlı mallara, viza siyasətinə təsir edəcək yeni sanksiyalarla bağlı razılığa gəliblər. Bu barədə Aİ Şurasının prezidenti Şarl Mişel Tvitter səhifəsində yazıb. “Aİ Şurası bu gün tərəfdaşlarımız və müttəfiqlərimizlə sıx koordinasiyada Rusiya üçün kütləvi və ciddi nəticələrə səbəb olacaq əlavə məhdudlaşdırıcı…

“Bu, Avropanın bütün təhlükəsizlik nizamına qarşı hücumdur”

Finlandiya Prezidenti Sauli Niiniste Rusiyanın Ukraynada əməliyyatlar keçirməsini Avropada təhlükəsizlik nizamına hücum adlandırıb. Bu barədə siyasətçi tviterdə yazıb. “Mən Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatları kəskin şəkildə pisləyirəm. Rusiyanın hərəkətləri Ukraynaya yönəlib, eyni zamanda, bu, Avropanın bütün təhlükəsizlik nizamına qarşı hücumdur. Biz Ukraynanın dərdini bölüşürük və onun üçün dəstəyimizi artırmaq yollarını axtarırıq”, – o yazıb.

“Rusiyanın Ukraynaya hücumu açıq aqressiyadır”

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını açıq aqressiya adlandırıb. Bu barədə siyasətçi tviterdə yazıb. “Rusiya Federasiyası bu gün Ukraynanın suverenliyini daha da pozdu. Beynəlxalq birliyin səylərinə baxmayaraq, Rusiya münaqişəni seçdi. Bu, Rusiyanın iradəsiz qonşusu olmaqdan fərqli niyyətlərini ifadə etməyə cəsarət edən demokratik ölkəyə qarşı açıq aqressiyadır. Heç kim bu günü unutmamalıdır”,…

İlham Əliyev Ukrayna-Rusiya münasibətləri haqda sualı belə cavabladı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiyasına rəsmi səfər çərçivəsində TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. TASS agentliyinin baş redaktoru Mixail Petrov dövlət başçısına Ukrayna-Rusiya münasibətləri haqda sual ünvanlayıb: – İlham Heydər oğlu, icazə versəniz, bugünkü görüşümüzə nə ilə başlamağımıza qayıtmaq istərdim. Belə alındı…

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

“Azərbaycan vətəndaşlarından çoxlu telefon zəngləri və Ukraynaya dəstək mesajları aldıq”. Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Tvitter hesabında yazıb. “İkinci Qarabağ müharibəsi zamanı Ukraynanın Azərbaycanı necə dəstəklədiyi yada düşür. Ölkəmiz üçün belə çətin bir zamanda Ukrayna ilə həmrəylik nümayiş etdirən hər bir Azərbaycan vətəndaşına təşəkkür edirik!”, – səfir bildirib.

Xarici İşlər Nazirliyinin Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müraciəti

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə (Ukraynanın şərq bölgəsində yerləşən sərhəd vilayətlərinə) səyahət etməməyi, habelə ölkə ərazisindəki hərbi obyektlərdən uzaq olmalarını tövsiyə edir. Vətəndaşlarımıza ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları və səyahətlərdən çəkinmələri məsləhət…