“Rusiya Ukraynanı hərbi yolla təsiri altına salması mümkün deyil”.
PLATFORM4.NEWS xəbər verir ki, bunu Ukraynada yaşayan soydaşımız politoloq Qulu İbrahimov deyib.
Politoloq bildirib ki, Ukrayna artıq otuz ildir müstəqil bir dövlətdir. Bu illər ərzində Ukrayna xalqı avrointeqrasiya seçimini edib və öz iradəsini nümayiş və etirazlarla sübut edib.Demək olar ki, Ukraynanın bütün bölgələrində əhalinin böyük hissəsi avrointeqrasiya prosesinə böyük üstünlük verir.
Hesab edirəm ki, Rusiya Ukraynanı işğal edib Rusiyayönlü hakimiyyət formalaşdırsa belə, Ukrayna xalqı
bunu qəbul etməyəcək.
“Rusiya bu müharibəni uduzub. Düşünürəm ki, bu müharibə dünya nizamını dəyişəcək və yeni təhlükəsizlik sistemi formalaşacaq. ABŞ, İngiltərə və digər aparıcı dövlətlərlə yanaşı, qardaş Türkiyədə
yeni təhlükəsizlik sistemində söz sahibi olacaq” deyə Qulu İbrahimov əlavə edib.







