Zelenski Rusiya ilə danışıqların bərpası üçün şərtini açıqladı

Ukrayna prezidenti Volodimir Zelenski Yaponiyanın NHK telekanalına müsahibəsində ölkəsinin Rusiya ilə danışıqları hansı halda bərpa edəcəyini açıqlayıb. O, bəyan edib ki, Ukrayna yalnız bütün tutulan ərazilərini qaytardıqdan sonra Rusiya ilə danışıqlara qayıdacaq. “Biz hər şeyi fevralın 24-dən əvvəlki vəziyyətinə qaytarmaq istəyirik. Sonra danışıqlar masasına oturacağıq, sülh, müharibənin dayandırılması və ərazilərimizin qaytarılmasını müzakirə edəcəyik”, – deyə…

“Finlandiya və İsveçi alyansa qəbul edərkən Türkiyənin narahatlığı nəzərə alınmalıdır”

Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olması prosesini əngəlləyir. Lakin NATO-nun baş katibi Yens Stoltenberqin fikrincə, Ankaranın arqumentləri və narahatlıqları nəzərə alınmalıdır. O, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib. “Mən şənbə günü Ərdoğanla danışdım. Türkiyə terrorizm və təhlükəsizlik məsələləri ilə bağlı narahatlığını ifadə edib. Əminəm ki, Finlandiya və İsveçi öz ittifaqımıza qəbul etmək üçün…