Ukraynada “Rus Radiosu”nun adı dəyişdirilərək “Radio Bayraktar” oldu

Ukraynanın Televiziya və Radio Yayımları üzrə Milli Şurası “Rus Radiosu – Ukrayna” radiostansiyasının adını “Radio Bayraktar” olaraq dəyişib. Bununla da Türkiyə istehsalı “Bayraktar TB2” PUA-larının Ukraynanın müdafiəsinə verdiyi töhfə bir daha vurğulanıb. Qeyd edək ki, hazırda Ukrayna Silahlı Qüvvələri ölkə ərazisindəki hərbi əməliyyatlarda adıçəklən zərbə dronlarından geniş istifadə edir.

Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün ən vacib şərtini açıqladı

Türkiyə İsveçin terrorçu Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqələrini kəsməsini Ankaranın şimali Avropa ölkəsinin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün ən vacib şərt hesab edir. Bunu Türkiyənin İsveçdəki səfiri Emre Yunt cümə axşamı dərc olunan “Financial Times” qəzetinə müsahibəsində deyib. Yunt bildirib ki, Ankara İsveç müdafiə naziri və digər rəsmilərin son illərdə PKK rəhbərliyi ilə danışıqlar aparmasından…

Polşa Ukraynaya 25 min ton benzin tədarük edəcək

Kiyev və Varşava Ukrayna ərazisinə yanacaq tədarükü ilə bağlı razılığa gəliblər. Bu barədə Ukrayna baş nazirinin müavini Yuliya Sviridenko məlumat verib. Onun sözlərinə görə, tədarük mayın sonunda başlamalıdır – ümumilikdə Ukrayna Polşa ehtiyatlarından təxminən 25 min ton benzin alacaq. Ukrayna baş nazirinin müavini müvafiq bəyanatı Polşanın iqlim naziri Anna Moskva ilə görüşündən sonra verib. Mətbuat konfransında…