Roli şəhərindəki diasporumuz ölkəmizi beynəlxalq festivalda təmsil edib

Şimali Karolina ştatının Roli şəhərində keçirilən beynəlxalq mədəniyyətlərarası festivalda ölkəmizi Azərbaycan Dostluq Təşkilatı təmsil edib. ABŞ-da yaşayan müxtəlif xalqların milli mədəniyyətlərinin, adət-ənənələrinin və mətbəxlərinin təbliği məqsədilə təşkil edilən festivalda 26 ölkənin (ABŞ, İtaliya, Almaniya, Yaponiya, Çin, Kolumbiya, Ekvador, Qırğızıstan, Meksika, Pakistan, Slovakiya, Suriya, Ukrayna, Vyetnam və digərləri) nümayəndələri iştirak edib. Azərbaycan Dostluq Təşkilatının rəhbəri, Amerika…

Ukaynada müharibə başlayandan bəri ilk dəfə Çernobılda radiasiya detektorları işə salınıb

Rusiyanın Ukaynaya hərbi müdaxiləsindən sonra ilk dəfə Çernobıl İstisna Zonasında radiasiya detektorları işə salınıb. Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) məlumat yayıb. Bildirilir ki, radiasiya monitorinqi şəbəkəsi fevralın 24-də, Rusiya qoşunları Çernobıl zonasını işğal edəndən fəaliyyətini dayandırmışdı (ərazi martın 31-dək Rusiyanın nəzarətində olub). İndi isə  IRMIS (Beynəlxalq Radiasiya Monitorinqi İnformasiya Sistemi) xəritəsində İstisna Zonasından məlumat göndərən 39 detektorun əksəriyyəti…

Lüksemburq Rusiyanın 4,3 milyard avroluq aktivlərini dondurub

Lüksemburq Rusiyanın Ukraynaya hücumuna cavab olaraq Aİ-nin sanksiyaları çərçivəsində Rusiyanın təxminən 4,3 milyard avroluq aktivlərini dondurub. Bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb. Maliyyə naziri Yuriko Bakesin sözlərinə görə, bunlar bank depozitləri və qiymətli kağızlardır. Aİ-nin sanksiyalar siyahılarına məruz qalmış şəxslər və şirkətlər ticarət reyestrində aşkar ediliblər. Lüksemburqun maliyyə nazirliyi bildirib ki, indiyədək 90-dan çox…

Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib. Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 31 700 nəfərə çatıb. Gedən döyüşlərdə Rusiya ordusunun 1398 tankı, 3438 zirehli döyüş maşını, 711 artilleriya sistemi, 213 reaktiv yaylım…

“Qardaş kimi birlikdə hərəkət edirik”

Bu gün Azərbaycanla Pakistan arasında diplomatik əlaqələrin yaranmasının 30-cu ildönümüdür. Bu münasibətlə Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye təbrik yazıb. Diplomat bu günün, həqiqətən, tarixi olduğunu bildirib. “Pakistan və Azərbaycan xalqını təbrik edirəm. Qardaş kimi birlikdə hərəkət edirik”, – deyə o, özünün “Twitter” hesabında yazıb. Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci…

ABŞ Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyir

ABŞ səfiri Örl Litzenberger Azərbaycan-Ermənistan münasibətləri barədə açıqlama verib. Səfir keçirdiyi mətbuat konfransında deyib ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir. O bildirib ki, ABŞ hər iki ölkə ilə sülh prosesi üçün dialoq aparır. “Sülhə nail olmağın yollarını tapmaq üçün tərəflərlə dialoqdayıq”, – deyə o əlavə edib.

Lavrovdan Bakı ilə İrəvan arasında sülh müqaviləsinə dair bəyanat

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına kömək etməyə hazır olduğunu bəyan edib. RF xarici siyasət qurumunun rəhbəri bu barədə ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündən sonra keçirilən mətbuat konfransında deyib. “Biz öz tərəfimizdən İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına kömək etməyə hazır olduğumuzu bir daha təsdiqlədik”, – deyə…