Müasir və güclü Azərbaycanın memarı

“Ulu öndərin hakimiyyətə qayıtması ölkə daxilində baş verən siyasi qarşıdurmaların, iqtisadi tənəzzülün, vətəndaş müharibəsinin yaratdığı kritik reallıqların zəruri şərti kimi ümummilli sifariş olaraq meydana çıxmışdı. Heydər Əliyev milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu”. “Kaspi” qəzetinin məqaləsini təqdim edirik. Ötən əsrin sonlarında Azərbaycan Respublikası müstəqilliyini bərpa etsə də, hakimiyyətin…

Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu – VİDEO

Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Elşad Quliyevin baş məşqçi olduğu kollektiv finalda Rumıniyanı məğlubiyyətə uğradıb – 1:0. “İdman TV” telekanalı vasitəsilə canlı yayımlanan görüşdə yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub. Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub.    

Diaspor Gənclərinin Şuşada keçiriləcək III Yay Düşərgəsinə hazırlıqlar başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Şuşa ili” çərçivəsində 2022-ci ilin 2-8 avqust tarixlərində Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsi keçiriləcək. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək Diaspor Gənclərinin III Yay Düşərgəsinə hazırlıq işləri artıq…

Prezident Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında – VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “Azərişıq” ASC-nin 110/35/10 kilovoltluq yeni yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında iştirak edib. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yeni yarımstansiyada və idarəetmə mərkəzində yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, paytaxtın Yasamal rayonu ərazisində, Füzuli meydanının yaxınlığında tikilən yeni yarımstansiya Bakı şəhərinin sürətlə artan elektrik enerjisi tələbatını…

Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib. Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 31 900 nəfərə çatıb. Gedən döyüşlərdə Rusiya ordusunun 1409 tankı, 3450 zirehli döyüş maşını, 712  artilleriya sistemi, 222 reaktiv yaylım…

“Müharibə zamanı Rusiya 400-ə yaxın beynəlxalq müqaviləni pozub”

2014-cü ildən bəri Rusiya Ukraynaya qarşı müharibə zamanı 400-ə yaxın beynəlxalq müqaviləni pozub. Xüsusilə Ukraynaya qarşı təcavüzdən çəkinmək öhdəliyi imzaladığı Budapeşt Memorandumunu pozub. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kopenhagen Demokratik Sammitinin iştirakçılarına müraciəti zamanı deyib. “Söz həmişə qanunun əsasıdır. Söz həmişə müqavilənin əsasıdır. Konvensiyalar, nizamnamələr, bəyannamələr və əlbəttə ki, memorandumlar. Yalnız Rusiyanın Ukraynaya qarşı müharibəsi…

“Ukrayna Rusiyanı Donbassdan sıxışdırıb çıxarmağa qadirdir”

“Rusiyanın hərbi gücü tükənmək üzrədir”. Bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.  Onun sözlərinə görə, Ukrayna Rusiyanı Donbassdan sıxışdırıb çıxarmağa qadirdir. Nazir bunu Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib. Bununla bağlı video dövlət başçısının “Telegram” kanalında yayımlanıb. “Mən tariximizdə çoxlu ümumi cəhətlər görürəm. Çünki birincisi, düşmən ordusu, faşist rejimi daha güclüdür.…

“Xerson yaxınlığında daha iki Rusiya generalı öldürüldü”

Ukrayna Silahlı Qüvvələri daha iki rusiyalı generalı öldürüb. Onlardan biri Xersonda keçirilən qondarma “referendum”a görə məsuliyyət daşıyırdı. Bu barədə Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri Aleksiy Arestoviç məlumat verib. “Staraya Zburyevka, Xerson vilayəti. Onlarla ölü və yaralı. Orada iki general – biri ordu, digəri isə FTB generalı da həlak olub. İkincisi Xerson vilayətində “referendumun” təşkilinə cavabdeh…

“Rusiyanın yüksək dəqiqlikli raketləri tükənir”

Kreml müharibəni müəyyən müddətə dondurmağa və bu müddət ərzində də Qərbi sanksiyaları ləğv etməyə inandırmaq üçün cəhd edə, sonra isə təcavüzü davam etdirə bilər. Rusiyanın yüksək dəqiqlikli raketləri tükənir, lakin indiki templə o, Ukraynaya qarşı daha bir il də müharibə apara bilər. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi “Facebook” sosial şəbəkəsində məlumat yayıb.…