Azərbaycan Gürcüstanın ən böyük ixracatçılarından biridir
Azərbaycan Gürcüstanın ən böyük ixracatçıları arasında yer alıb. Bu barədə ölkənin Milli Statistika Xidməti (“Sakstat”) məlumat yayıb. 2022-ci ilin yanvar-iyul aylarında Gürcüstanın ümumi ixrac həcmində 10 ən böyük ixracatçı ölkənin payı 79,6% təşkil edib. İlk üç ixracatçı siyahısında Çin (475,6 milyon ABŞ dolları), Azərbaycan (351,5 milyon ABŞ dolları) və Rusiya (339,1 milyon ABŞ dolları) var.…