İlham Əliyev Çex Respublikasının yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçekin etimadnaməsini qəbul edib. Milan Sedlaçek etimadnaməsini dövlətimizin başçısına təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Səfir Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarını dövlətimizin başçısına çatdırıb. Bildirib ki, Çexiyanın dövlət başçısı ona Azərbaycanla əməkdaşlığın, xüsusilə iqtisadi…








