“Rusiyaya heç vaxt “Bayraktar” satılmayacaq”

“Baykar Savunma” şirkətinin rəhbəri, “Türkiyə Texnologiyaları Qrupu”nun həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraktar Rusiyaya heç vaxt “Bayraktar” pilotsuz uçan aparatlarının satılmayacağını bəyan edib. “Biz Ukraynanı, onun suverenliyini və müstəqilliyi uğrunda mübarizəsini dəstəkləyirik”, – deyə Haluk Bayraktar mətbuata verdiyi açıqlamada vurğulayıb. H.Bayraktar həmçinin xatırladıb ki, Türkiyə ilə Ukrayna arasında aerokosmik və müdafiə sektorlarında strateji səviyyədə…

“Qarabağa böyük qayıdışın şahidi oluruq” – VİDEO

“Bu gün tarixi hadisənin – Qarabağa böyük qayıdışın, sakinlərin ilk köçürülməsinin şahidi oluruq”. Bunu Azərbaycan Prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib. “Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Məlumdur ki, Prezident, Ali Baş komandanın rəhbərliyi ilə müzəffər ordumuz şanlı vətən müharibəsində qələbə qazanıb. Bu zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş…

“Avropa Parlamenti Ermənistan parlamenti ilə müqayisədə Azərbaycana qarşı daha çox aqressivdir”

“Siz Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin dünənki səfəri haqqında, yəqin, məlumatlısınız. Bizim çox yaxşı müzakirələrimiz oldu. Bu, Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin əhəmiyyətini bir daha vurğulayır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib. “Eyni zamanda, Avropa…

“Həbslər davam edəcək”

Son günlərdə çox böyük vəzifəli şəxslərin həbsi və vəzifədən azad edilmələrinin şahidi olduq. Bu dəyişikliklərdən biri də Dövlət Gömrük Komitəsində (DGK) olub. DGK-da bundan sonra vəziyyət necə dəyişəcək? Ümumiyyətlə, həbslər iş keyfiyyətinin artmasına kömək edəcək? Məsələ ilə bağlı millət vəkili Vüqar İsgəndərov Bakupost.az-a açıqlama verib. O, ölkə başçısının bir sıra islahatlar paketi təqdim etdiyini deyib və bəzi…

Azərbaycan Prezidentindən ərzaqlıq buğda ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında fərman imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Fərman qlobal ərzaq bazarında baş verən proseslər nəzərə alınmaqla mövcud resursları səfərbər etməyə imkan verən yeni tənzimləmə mexanizmlərinin yaradılması hesabına ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, habelə ərzaqlıq buğda istehsalının təşkili məqsədilə imzalanıb. Sənədə əsasən, ilkin mərhələdə…