Rusiya ordusu Xəzər dənizindən Ukraynaya altı raket atıb
İyulun 16-da günorta saatlarında Rusiya ordusu Xəzər dənizi regionundan Ukraynaya 6 raket atıb. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. “Altı ədəd “X-101” (X-555) raketi “Tu-95MS” bombardmançı təyyarəsindən atılıb. “Dörd raket Dnepropetrovsk vilayətinin Zaporojye şəhərində Hava Hücumundan Müdafiə Bölmələri tərəfindən məhv edilib. Digər ikisi Çerkassı vilayətindəki iki kənd təsərrüfatı müəssisəsinə düşüb, dağıntı və tələfatın təfərrüatları…







