Azərbaycanın daha bir güləşçisi İslamiadanın qalibi oldu

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycan 12-ci qızıl medalını qazanıb. “Report”un Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 67 kq çəki dərəcəsində yer alan yunan-Roma güləşçisi Həsrət Cəfərov finalda qırğızıstanlı Amantur İsmayılova 3:1 hesabı ilə qalib gələrək qızıl medala yiyələnib. Bu, Azərbaycanın güləşdə 8-ci, ümumilikdə 12-ci qızıl medalıdır.

700 bal toplayan şagird Azərbaycan universitetlərindən imtina etdi

Bu il  IV ixtisas qrupu üzrə ən yüksək – 700 balı toplayan Nigar Ağazadə Azərbaycan universitetlərindən imtina edib. Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb. Bildirilib ki, Nigar burs qazanaraq Ankara Universitetinin Tibb fakültəsinə qəbul olunub. Qeyd edək ki, Nigar Ağazadə 125 nömrəli tam orta məktəbin məzunudur. O, qəbul imtahanının I mərhələsində 300 bal, ikinci…

Ayın qədim Yerin bir hissəsi olduğuna daha sübut tapıldı

Sürix Universitetinin geofizikləri Ayın vaxtilə Yerin bir hissəsi olduğuna dair yeni sübutlar tapıblar. Ayın mənşəyi ilə bağlı bəzi fərziyyələrə görə, o, bu və ya digər səbəbdən – məsələn, təxminən 4,5 milyard il əvvəl Mars ölçüsündə olan obyektlə toqquşmadan sonra gənc Yerdən ayrılan maddədən əmələ gəlib. Bu versiyanı sınaqdan keçirmək üçün alimlər Antarktida buzundan çıxarılmış altı Ay…

“Döyüş hazırlığı tapşırıqları operativ icra olunmalıdır”

Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə bu gün nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müdafiə naziri…