ABŞ-da Çinin Tayvana hücum edəcəyi təqdirdə vuracağı hədəflərin sayı açıqlandı

Çin Xalq Azadlıq Ordusu Tayvanın 3500-ə yaxın hərbi və mülki infrastrukturunu vura bilər. Bununla da adanın uğurla ələ keçirilməsinə nail ola bilər. Bu barədə ABŞ-ın Corc Meyson Universitetinin Merkatus Mərkəzinin tədqiqatçıları araşdırma aparıblar. Araşdırmanın nəticələri “Newsweek” nəşrində dərc edilib. Qeyd olunub ki, 183 hədəf birbaşa hərbi obyektlərə daxildir; daha 341 hədəf nəqliyyat infrastrukturu ilə bağlıdır;…

Yaponiyada 100 mindən çox insan təxliyə edilir

Yaponiyada “Hinnamnor” qasırğasının yaxınlaşdığı bildirilib. Bununla əlaqədar hakimiyyət 100 mindən çox insanı təxliyə edir. Bildirilir ki, ölkənin cənubundakı Okinava prefekturasının İsiqaki şəhərinin 49,6 min sakini, həmçinin Okinavanın Miyakodzima şəhərinin 55,5 minə yaxın sakini təxliyə əmri alıb. “Hinnamnor” qasırğası avqustun 28-də Sakit Okeanda tropik fırtına kimi formalaşıb. Qasırğanın  daxilində küləyin sürəti saniyədə 60 metrə çatır. Hazırda…

Ərdoğandan Yunanıstana XƏBƏRDARLIQ – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana xəbərdarlıq edib. Bu barədə o, Samsun şəhərində keçirilən “Teknofest Karadeniz” Aerokosmik və Texnologiya Festivalında danışıb: “Ey yunan, tarixə bax, tarixə qayıt, çox irəli getsən, bədəli ağır olacaq. Yunanıstana deyəcək bir cümləmiz var: İzmiri unutma! Adaları işğal etməyiniz bizi saxlamaz. Vaxtı gələndə lazım olanı edəcəyik. Bir gecə qəfil gələ bilərik”.  

“Rusiya-Ukrayna müharibəsi Xəzərin şərq sahilindəki şirkətlər üçün bir siqnal oldu”

“Biz Xəzər dənizində ən böyük ticarət limanı inşa etmişik. Bu gün o tam gücü ilə çalışır və biz artıq onu genişləndirməliyik. O, 25 milyon ton yük və 1 milyon konteyner qəbul etmək imkanına malik olmalıdır”. Bunu Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsində deyib. “Biz Bakıda gəmiqayırma…

“Türkmənistanla “Dostluq” yatağının birgə işlənilməsi qərarını tarixi qərar kimi dəyərləndirirəm”

“Mən Azərbaycanın Türkmənistanla “Dostluq” yatağının birgə işlənilməsi qərarını tarixi qərar kimi dəyərləndirirəm. Çünki biz hər iki ölkənin milli maraqlarına, qardaşlıq münasibətlərimizə əsaslanaraq bu qərarı vermişik”. Bunu Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsində deyib. Dövlət başçısı vurğulayıb ki, indi bizim qarşımızda bu yatağın işlənilməsinə başlanması kimi hədəf…

“Avropaya qaz ixracı iki dəfə artırılacaq” – VİDEO

“Ötən ay Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen və mən Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq. Bu, bizim enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The…