Azərbaycan Prezidenti: “Allah şəhidlərimizə rəhmət eləsin”

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində həlak olan hərbçilərlə bağlı sosial şəbəkədə paylaşım edib. Paylaşımda deyilir: “Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə…

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Sentyabrın 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar Prezident İlham Əliyevə, onların yaxınlarına və Azərbaycan xalqına dərin…

Ukrayna “Rosatom”un Aİ-nin yeni sanksiyalar paketinə daxil edilməsini istəyir

Ukrayna Rusiyanın “Rosatom” şirkətini Aİ-nin yeni sanksiyalar paketinə daxil etmək istəyir. Bu barədə xarici işlər naziri Dmitri Kuleba məlumat verib. Nazir Aİ-nin səkkizinci sanksiya paketinin təfərrüatı ilə bağlı sualı cavablandırıb. O bildirib ki, Ukrayna Zelenskinin “Rosatom”un sanksiyalara cəlb edilməsi ilə bağlı tezisini irəli sürəcək. Kulebanın sözlərinə görə, bu məsələ xüsusilə Zaporojye AES-də baş verən hadisələrdən…

“Haber Global”: “Ermənistandan daha bir təxribat” – VİDEO

Türkiyənin Haber Global telekanalı Ermənistanın son təxribatları ilə bağlı proqram hazırlayıb. Canlı yayımda efirə çıxan verilişdə bölgəmizdə son 24 saat ərzində baş verənlər müzakirəyə çıxarılıb. Türkiyəli ekspertlər bu cür halların qarşısının alınması üçün Cənubi Qafqazda sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar. Verilişdə Türkiyənin Azərbaycanın yanında olduğu bir daha qeyd edilib. Həmçinin, ölkəmizin bütün türk dünyası arasındakı…

“Qazaxıstan münaqişələrin həllində mühüm rol oynayacaq”

Roma Papası Fransisk Dini Liderlərin VII Qurultayında iştirak etmək üçün Qazaxıstana səfər edib. Pontifiki respublika prezidenti Kasım-Jomart Tokayev qarşılayıb. Səfəri zamanı Papa İtaliyanın “ITA Airways” aviaşirkətinin xüsusi reysi Xorvatiya, Bosniya və Herseqovina, Serbiya, Monteneqro, Bolqarıstan, Türkiyə, Gürcüstan və Azərbaycan üzərindən uçub. Yaranmış ənənəyə görə, o, bütün bu dövlətlərin başçılarına salamlama teleqramları göndərib. Nur-Sultana yaxınlaşarkən papanın təyyarəsini…

“Bu təxribatların əsas səbəbi Paşinyan hökumətinin yürütdüyü yarıtmaz siyasətdir”

Britaniyalı jurnalist Neyl Vatson Ermənistan silahlı qüvvələrinin bölmələrinin sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsinə münasibət bildirib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər. O qeyd edib ki, hazırda sərhəddə baş verən təxribatların əsas səbəbi Paşinyan hökumətinin yürütdüyü yarıtmaz siyasətdir: “Paşinyan Ermənistan tarixində Qarabağı itirən rəhbər…