“Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini birlikdə yaşatmağa davam edəcəyik”
“Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini birlikdə yaşatmağa davam edəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Cəbrayıl şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib. “Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü ildönümünü qeyd edəcəyimiz 2023-cü ilin Azərbaycanda da Heydər Əliyev ili olaraq qəbul edilməsindən məmnuniyyət hissi keçirdim”, – Türkiyə Prezidenti əlavə edib.








