Rusiya Çaplinkadakı helikopter bazasını təxliyə edir

Rusiyalılar Ukraynanın Çaplinka şəhərindəki helikopter bazasını boşaltmağa başlayıblar. Rus hərbçilər Xerson bölgəsində, Krıma yaxınlığında yerləşən bazalarını təxliyə edirlər. Bu barədə “Telegram” kanalları məlumat yayıb. Məlumata görə, rusiyalılar Çaplinkadakı bazadan texnikaları çıxarmağa başlayıblar.  

Azərbaycan və Fransa Prezidentləri arasında telefon danışığı olub

Noyabrın 12-də Fransa Respublikasının Prezidenti Emanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Fransa Prezidenti noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə məlumat verib və Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini bir daha…

İtaliyanın Baş naziri Makronu xəyanətdə ittiham edib

İtaliyanın Baş naziri Corc Meloni Fransa prezidenti Emmanuel Makronu immiqrasiya siyasətinə xəyanətdə ittiham edib. Qeyd edək ki, bir müddət əvvəl İtaliya hakimiyyəti “Ocean Viking” qeyri-hökumət təşkilatının gəmisinin ölkə limanlarına yan almasına icazə verməyib. “Ocean Viking” gəmisi Aralıq dənizini keçməyə çalışan miqrantları Avropaya aparır. Bu həftə ekipajın İtaliya limanlarından birinə girişinə icazə verilməyib, bundan sonra o,…

Rusiya Kerç boğazını bağladı

Kreml Rusiya Federasiyasından kənarda yüklənmiş gəmilərin Kerç boğazından Azov dənizinə keçməsini qadağan edib. Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dəniz İşləri üzrə Baş İdarədən məlumat verilib. İdarədən bildirilib ki, Rusiya Dəniz Administrasiyasından alınan bildirişə əsasən, Rusiya Federasiyası ərazisindən kənarda yüklənmiş gəmilərin Azov dənizinə keçidini təmin edən Kerç boğazından şimala hərəkəti qadağan edilib.

Rusiyadan “Taxıl sazişi” ilə bağlı müəmmalı AÇIQLAMA

“Taxıl sazişi”nin uzadılması məsələsi hələ də həllini tapmayıb. Bu sözləri jurnalistlərə müsahibə verən Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib. Verşininin sözlərinə görə, Qara dəniz üzrə taxıl təşəbbüsü Rusiya ilə BMT Katibliyi arasında razılaşmadan fərqli olaraq 120 gün müddətinə bağlanıb: “Bu 120 gün noyabrın 18-də başa çatır. Qərar qəbul edərkən biz bütün halları nəzərə…

Bayrağımızla yüksələn AND YERİMİZ

Azərbaycan xalqı  Şərq dünyasında  ilk Demokratik Cümhuriyyəti qursa da, o dövrdə Qafqazdakı geosiyasi vəziyyət, işğal amili yeni yaranmış gənc dövlətin müstəqilliyinə son qoyub. Beləliklə, Azərbaycanın dövlət quruculuğu istiqamətində atacağı bir çox addımlar, o cümlədən hüququn aliliyinin təmin edilməsi, zəruri qanunlar, xüsusən Konstitusiya qəbul edilməyib. Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik: Konstitusiyanın hazırlanması zərurəti Rusiya  bolşevik…

İlham Əliyev idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxsləri fəxri ad, fəxri diplom və medallarla təltif edib. Bu barədə Prezident.az məlumat verib. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər Prezidentin müvafiq Sərəncamları ilə təltif olunurlar: “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ilə: Əliyev Vaqif…

Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 80 210 canlı qüvvə itirib. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 838 tank, 5 730 zirehli maşın, 1 829 artilleriya sistemi, 393 reaktiv yaylım atəşi sistemi, 205 hava…

“Vaqner”in lideri Ukrayna ilə sərhəddə yeni hərbi strukturlar formalaşdırır

“Vaqner” özəl hərbi şirkətinin lideri Yevgeni Priqojin Belqorod və Kursk vilayətlərində yeni hərbi strukturlar formalaşdırır. Müharibənin Tədqiqi İnstitutunun (ISW) məlumatına görə, hazırda sərhədyanı ərazilərdə yeni çağırışçılara təlimlər keçilir. Priqojin özü belə “mərkəzlərin” fəaliyyət göstərdiyini təsdiq edib və bəyan edib ki, Rusiya “(öz) torpaqlarını müdafiə etməyə tam hazır olmalıdır”. Qərb analitikləri iddia edirlər ki, Priqojinin Belqorod…