İstanbulda Dünya Azərbaycanlı Elm Xadimlərinin Görüşü keçirilib

Türkiyənin İstanbul şəhərində Dünya Azərbaycanlı Alimlərin Forumuna hazırlıq görüşü (Dünya Azərbaycanlı Elm Xadimlərinin Görüşü) keçirilib. Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə iki ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Tədbiri açıq elan edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov görüşün əhəmiyyətinə diqqəti cəlb edib…

Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərib

Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib. “Azerenerji” ASC-nin təmin etdiyi 45 güc transformatoru və 50 generatorun ilk hissəsini daşıyan yük avtomobil karvanı bu gün Ukraynanın ölkəmizdəki səfirinin və “Azerenerji” ASC-nin…

ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

Ağ Ev ABŞ-nin Ukraynaya 275 milyon dollarlıq növbəti hərbi yardım paketini açıqlayıb. Bu barədə dekabrın 9-da Ağ Evin sözçüsü Con Kirbi brifinqdə məlumat verib. Onun sözlərinə görə, hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, PUA-lara qarşı mübarizə vasitələri və artilleriya üçün sursatlar daxildir. Kirbi bəyan edib ki, Ağ Ev Ukraynaya köçürülən vəsaitlərə nəzarətin artırılması ilə razıdır.

Kanada hökuməti İran, Rusiya və Myanmaya qarşı yeni sanksiyalar tətbiq edib

Kanada hökuməti Rusiya, İran və Myanmadan olan bəzi şəxslərə və təşkilatlara qarşı bu ölkələrdə insan hüquqlarının pozulması hallarını əsas gətirərək yeni sanksiyalar tətbiq edib. Bu barədə Kanada Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunur. Belə ki, sanksiyalar Rusiya vətəndaşı olan 33 şəxsə və altı təşkilata şamil edilib. İrandan isə bu siyahıya 22 nəfər, o cümlədən…

Pentaqon Ukraynaya Rusiya ərazisini vurmağa icazə verib

ABŞ Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə endirdiyi zərbələrlə bağlı mövqeyini dəyişib. İndi Vaşinqton belə hücumların əleyhinə deyil, çünki Rusiya Federasiyası tərəfindən vəziyyətin gərginləşməsindən qorxmur. “Platform4.news” Britaniyanın “The Times” qəzetinə istinadən bildirir ki, Vaşinqtonun irəli sürdüyü yeganə şərt Cenevrə Konvensiyasına riayət etmək olub. “Biz Kiyevə “Rusları vurmayın” demirik. Biz onlara nə edəcəklərini deyə bilmərik. Onların silahlarından…