“Türkiyə Avropadan fərqli olaraq nümunəvi mövqe nümayiş etdirir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəzi Avropa ölkələrinin terror yuvasına çevrildiyini deyib. Bu barədə o, prezident iqamətgahında keçirilən Beynəlxalq Ombudsman Konfransında danışıb. “Bu gün NATO-dakı və ya BMT-nin çətiri altında bir yerdə olduğumuz bəzi ölkələr quldurların sığınacağına çevrilib. Təəssüf ki, terrorçuların məsuliyyətə cəlb olunması üçün heç bir səy göstərilmir. Avropada yuva quran terror tərəfdarlarına qarşı tədbir…

Rusiyanın Ukraynadakı müharibəsinə Gerasimov rəhbərlik edəcək

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Ukraynada aparılan hərbi əməliyyatlar zonasındakı Birləşmiş Qüvvələr Qrupunun rəhbərliyində dəyişiklik edilməsi barədə əmr imzalayıb. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, Baş Qərargah rəisi Valeri Gerasimov müharibə bölgəsindəki Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilib. Həmçinin, Aerokosmik Qüvvələrin baş komandanı, ordu generalı Sergey Surovikin, quru qoşunlarının baş komandanı, ordu…

İƏT Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarını pisləyir

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Azərbaycan, Ermənistan və Rusiyanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatına zidd olaraq Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində, Şuşa-Xankəndi ərazisində təbii sərvətlərin qanunsuz istismarını pisləyir. Bu barədə təşkilatın bəyanatında bildirilir. “Faydalı qazıntı yataqlarının ekoloji standartlara lazımi diqqət yetirilmədən işlənilməsi beynəlxalq hüquq və Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən qeyri-qanuni olmaqla yanaşı,…

Prezident Vladimir Zelenski Lvovda görüş keçirib

Platform4.news xəbər verir ki, bu barədə çərşənbə günü dövlət başçısı məlumat verib. Prezident bildirib ki, əsas mövzu Ukraynanın şimal-qərb vilayətlərində təhlükəsizlik vəziyyətidir. Belarusla sərhəddə əməliyyat vəziyyətini müzakirə etdik. Prezidentin saytı xəbər verir ki, biz müvafiq ərazilərdə əks-təxribat tədbirləri barədə məlumat eşitmişik. Dövlət başçısına sərhəddəki istehkamların vəziyyəti və möhkəmləndirilməsi, o cümlədən Belarusla həmsərhəd rayonlarda sərhədçilərin və…