“Ermənistanın işğalçılıq siyasəti və tarixi-mədəni irsə davranışı qeyri-insanidir”

“Mədəni mirası məhv etmək, başqa ölkənin torpaqlarını qəsb etmək qeyri-insani münasibətdir”. Bunu  Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev deyib. O, Ermənistanın Qarabağ və Şərqi Zəngəzurdakı füsunkar təbiətə, coğrafiyaya və tarixi-mədəni abidələrə zərər verməsini işğalçı dövlətin məğlubiyyəti kimi qiymətləndirib. Baş katib vurğulayıb ki, ermənilərin mədəni mirasa bu cür davranışı başqa xalqın mədəniyyətinə hörmətsizlikdir:…

“Bu günə kimi “Taxıl dəhlizi” ilə 18 milyon ton məhsul artıq alıcılara çatdırılıb”

“Dövlət başçıları səviyyəsində təmaslar nəticəsində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracını blokdan çıxara bildik”. Bu sözləri Almaniyanın “Ramşteyn” aviabazasında “Ukraynanın müdafiəsi üzrə təmas qrupu”nun (23 ölkənin nazirlərinin iştirakı ilə) iclasının yekunu üzrə jurnalistlərlə söhbətində Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Hulusi Akar xatırladıb ki, Rusiya ilə Ukrayna arasında müharibənin ilk günlərindən Türkiyə Montrö Konvensiyasının…

Fransada Rusiya hakimiyyətinin təbliğat resursu bağlandı

“RT France” telekanalı bağlandığını elan edib. Bu barədə telekanal dərc etdiyi press-relizdə məlumat verilib. “5 illik inadkar mübarizədən sonra hakimiyyət öz məqsədinə – “RT France”ın bağlanmasına nail olub”, – press-relizdə yazılıb. Qeyd edək ki, Rusiya Federasiyasının dövlət büdcəsindən maliyyələşən ingilisdilli xəbər kanalına “RT International”, “RT Arabic”, “RT en Español”, “RT France”, “RT DE” telekanalları, həmçinin ingilis…

Ukraynada yüksək vəzifəli şəxs rüşvət alarkən saxlanılıb

Ukrayna Milli Antikorrupsiya Bürosunun apardığı araşdırmalar nəticəsində Ukraynanın İcma, Ərazi və İnfrastrukturun İnkişafı üzrə nazirliyinin rəhbər səlahiyyətlərini müvəqqəti icra edən Vasili Lozinskini saxlanılıb. Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Məlumata görə, Vasili Lozinskini 400 min dollar məbləğində rüşvət alarkən saxlanılıb. Ukraynalı məmura cinayət məcəlləsinin iki maddəsi ilə cinayət işi açılıb. Belə ki, Vasili Lozinski vəzifə…

Avropada ən sürətli metro xətti Türkiyədə olacaq

Avropanın ən sürətli metro xətti Türkiyədə Cümhuriyyətində olacaq. Bunu Türkiyənin nəqliyyat naziri Adil Karaismailoğlu Türkiyə telekanallarından birinə verdiyi müsahibədə deyib. “Sabah istifadəyə verilməsi planlaşdırılan metro xətti Avropanın ən sürətlisi olacaq. Qatarlar 34 kilometrlik xətti 120 km/saat sürətlə gedəcək”, – deyə Türkiyənin nəqliyyat naziri bildirib.

Planetin ən qoca insanı 115 yaşlı ispan qadın oldu

Yer üzündə yaşayan ən qoca insan olaraq İspaniyadan 115 yaşlı qadın qeydə alınıb. Bu barədə Ginnesin Rekordlar Kitabında bildirilib. Mariya Branyas Morera adlı qadın Kataloniyada yaşayır, onun demək olar ki, 116 yaşı var – 115 yaş 323 gün. Ondan əvvəl ən yaşlı insan olan fransalı rahibə Lyusil Randonun ölümündən sonra Morera dünyanın ən yaşlı insanı…

“WhatsApp”ın yeni funksiyası

“WhatsApp” mesencerində artıq özünüzə mesaj göndərə biləcəksiniz. Bu barədə proqramın “AppStore”da ən son versiyasının təsvirində məlumat verilir. Yenilənmədən artıq əksər istifadəçilərin istifadə etməsi mümkündür. Sadəcə yeni çat yaratmaq və kontakt siyahısında özünüzü seçmək lazımdır. Özünüzə mətn mesajları, link keçidləri və ya fotoşəkillər göndərə bilərsiniz. Funksiya rəqəmsal bloknot və ya vacib məlumatların arxivi kimi faydalı ola…

Diasporumuz Britaniya Parlamenti önündə etiraz aksiyası keçirib

London şəhərinin Parlament Meydanında hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının Ermənistan tərəfindən qeyri-qanuni istismarına etiraz əlaməti olaraq dinc aksiya keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə baş tutan etiraz aksiyasında Azərbaycan diaspor təşkilatlarının, türk diasporunun, yerli ictimaiyyətin nümayəndələri və bu ölkədə təhsil alan…

Rusiya yazda növbəti genişmiqyaslı hücum planlaşdırır

Rusiya bu yaz genişmiqyaslı hücum planlaşdırır. Ukrayna və tərəfdaşlar bundan xəbərdardırlar və fəal şəkildə hazırlaşırlar, müdafiə naziri Oleksiy Reznikov “Amerikanın Səsi”nə müsahibəsində bildirib. O, əmin edib ki, Ukrayna və tərəfdaşlar bütün risklərin dərk edilməsində eyni tərəfdədirlər. “Biz bu barədə uzun müddətdir ki, kəşfiyyatımız, analitiklərimiz və Baş Qərargahla danışırıq, ona görə də, əlbəttə ki, buna hazırlaşırıq”,…