Dünya azərbaycanlıları Respublika günündə bir araya gəlib
Diasporla İş üzrə Dövlət Komitəsinin “28 may – Respublika günü” münasibətilə təşkil etdiyi virtual konfransa 58 ölkədən 367 nəfərə yaxın soydaşımız, o cümlədən Cümhuriyyətçilərin müxtəlif ölkələrdə yaşayan varisləri, eyni zamanda 2-ci Qarabağ müharibəsi qəhrəmanlarının yaxınları, şəhid ailələrinin üzvləri, “Karabakh is Azerbaijan” platformasının təmsilçiləri, diaspor könüllüləri və diaspor gəncləri qatılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra…



