İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik etdi

Prezident İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş Prezidenti cənab Seyid İbrahim Rəisiyə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Rəisi, İran İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Respublikası tarixən dini və mədəni köklərlə bağlı olduğu İran İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrimizin mövcud…

İsveç millisi Slovakiyaya qalib gəldi

Futbol üzrə Avropa çempionatının E qrupunda II tura start verilib. Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda İsveç və Slovakiya yığmaları üz-üzə gəliblər. Matçın taleyini 1 qol həll edib. 77-ci dəqiqədə penaltidən fərqlənən Emil Forsberq skandinaviyalılara vacib qələbə qazandırıb. Bu nəticədən sonra xallarını 4-ə çatdıran İsveç seçməsi liderliyə yüksəlib. 3 xalı olan slovakiyalılar isə ikincidir. Qeyd edək…

“Teatrlar açıla bilər” – Nazir

“Teatrlar açıla bilər”. Bunu mədəniyyət naziri Anar Kərimov deyib. “Biz təkliflərimizi vermişik. Bu sahədə pozitiv xəbərlər olacaq. Biz özümüz də teatrların açılmasını səbirsizliklə gözləyirik. Dəqiq tarix deyə bilmərəm, ancaq teatrların bu yaxınlarda açılma ehtimalı var”, – deyə nazir qeyd edib.

İbrahim Rəisi İranın yeni prezidenti SEÇİLDİ

İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində qalib gəlib. TASS  xəbər verir ki, ilkin nəticələrə əsasən, məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi 28,6 milyon seçicidən 17,6 milyonun səsini alıb. İranda dünən keçirilən prezident seçkilərində 4 namizəd mübarizə aparıb. Bunlar məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı Möhsün Rezai, parlament sədrinin müavini Hüseyn Həzizadə…

Yoluxma sayı bu gün də azaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 335437 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 329462 nəfər müalicə olunaraq sağalıb, 4961 nəfər vəfat…

Baş nazirdən Füzuli, Laçın və Zəngilanda hava limanlarının tikintisi ilə bağlı QƏRAR

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb. Qərara dəyişikliklə Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı təsdiq edilib.…