Qəbələdə koronavirus (COVİD-19) infeksiyasına qarşı dezinfeksiya işləri gücləndirilib

Qəbələdə koronavirus (COVİD-19) infeksiyasına qarşı dezinfeksiya işləri gücləndirilib. Rezonans.az-ın məlumatına görə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Qəbələ şəhərinin prospekt və küçələri xüsusi məhlulla yuyulmuş, həmçinin yaşayış binaları və həyətlərində, gündəlik tələbat malları mağazaları və apteklərin giriş-çıxışlarında, digər təyinatlı iaşə obyektlərində, eləcə də bir necə müəssisədə sanitar-dezinfeksiya işləri aparılmışdır. Hazırda dezinfeksiya işləri davam etdirilir.

Bu qadın NATO-nun sükanı arxasına keçə bilər

NATO tarixində ilk dəfə olaraq 2022-ci ilin oktyabrında bu vəzifədə norveçli Yens Stoltenberqi əvəz edən bir qadın ittifaqın baş katibi ola bilər. Bu barədə İspaniyanın “El Pais” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb. Qəzet qeyd edib ki, yeni baş katib gələn ilin yazında Madriddə keçirilməsi gözlənilən NATO sammitində seçiləcək. Nəşrin iddiasına görə, alyans daxilində Stoltenberqin…

Şoyqudan Qafqaz açıqlaması

“Ermənistan Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində Rusiyanın müttəfiqi və əsas tərəfdaşıdır”. Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib. O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi və islahatlarına kömək etməyə hazırdır. Bundan əlavə, Şoyqu Ermənistanda sabitliyin qorunmasında maraqlı olduğunu bildirib. “Eyni zamanda, Ermənistan Silahlı Qüvvələrində islahatlar proqramının həyata keçirilməsinə yardım göstərməyə davam…

Yoluxma sürətini azaltmağın ən təsirli yolu…

Əgər çox sayda vətəndaş koronavirusa yoluxub xəstələnərsə, xəstəxanaya yatma halları artarsa, səhiyyə müəssisələri dolarsa, hökumətlərin sərt karantin tədbirlərini tətbiq etməkdən başqa çarəsi qalmır. Yoluxma sürətini azaltmağın ən təsirli yolu insanların bir araya gəlməsini mümkün qədər azaltmaqdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) olaraq profilaktik tədbirlərlə – ara məsafəsinin qorunması, əl gigiyenasına əməl edilməsi, respirator gigiyenaya riayət olunması…

Heydər Əliyev Mərkəzindən Türkiyəyə DƏSTƏK

Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunub. Meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə avqustun 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı videoproyeksiya olunub. Türkiyə-Azərbaycan qardaşlığını, birlik və bərabərliyini nümayiş etdirmək məqsədilə təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk QHT-ləri də iştirak ediblər. Həmçinin səfirlik və bağlı quruluşların təmsilçiləri…

“The National Interest” jurnalı: Sərhəddə gərginlik Ermənistan üçün təhlükəli strategiyadır

ABŞ-ın “The National Interest” jurnalında Baltimor Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin icraçı direktoru İvan Saşa Şixanın Ermənistan rəhbərliyi və 2020-ci ilin payızında darmadağın olan erməni silahlı birləşmələri tərəfindən davam etdirilən təxribat xarakterli hərəkətlər barədə “Sərhəddə gərginlik Ermənistan üçün təhlükəli strategiyadır” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə Ermənistanla Azərbaycan arasında 44 günlük müharibəyə son qoyan atəşkəs…

Türkiyə səfiri: “Azərbaycan kədərli günümüzdə yanımızda oldu”

“Türkiyədə yanğınlar 14 gündür davam edir. On dörd gündür Azərbaycanın hər cür dəstəyini görürük. İlk dəqiqədən etibarən dəstəyini hiss etdirən cənab prezident İlham Əliyevə təşəkkür edirəm”. Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib. O, qeyd edib ki, Azərbaycan bir neçə gündür davam edən meşə yanğınlarına qarşı mübarizədə Türkiyəyə böyük dəstək verib. “Azərbaycan 31 iyul…

İndoneziya saytında dahi Azərbaycan şairi haqqında məqalə

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi çərçivəsində ölkəmizin İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə kempalan.com saytında “Nizami Gəncəvi yaradıcılığı: Qərbin və Şərqin ədəbiyyat ensiklopediyası” adlı məqalə yayımlanıb. İndoneziya dilində dərc olunan məqalənin müəllifləri “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur…