Soydaşlarımız Dünya Birliyindən Ermənistanın cəzalandırılmasını tələb edir

Platform4.news  Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) 27 sentyabr – Anım Günü ilə əlaqədar bu ölkənin xarici işlər naziri Meris Peynə müraciət ünvanlayıb. Assosiasiyanın sədri Mikayıl Oytanın imzaladığı müraciətdə II Qarabağ müharibəsi ərzində Ermənistanın ölkəmizə qarşı törətdiyi dəhşətli müharibə cinayətlərindən bəhs edilib. Bildirilir ki, Ermənistanın cəbhə xəttindən kənarda yerləşən…

Ukraynalı jurnalist Qarabağla bağlı reportaj hazırladı

Azadlıq Radiosunun Ukrayna xidmətinin saytında Azərbaycanın işğaldan azad olunan əraziləri ilə bağlı geniş məqalə dərc edilib. Ukraynalı tanınmış yazıçı, jurnalist və bloger Stanislav Aseevin müəllifi olduğu “Qarabağ Donbasda olmayacaq bir tarixdir” adlı məqalədə onun Bakı, Cəbrayıl, Ağdam, Şuşa, və Füzuli şəhərləri ilə bağlı təəssüratları yer alıb. “Qarabağ Azərbaycandır!” Azərbaycan bir il əvvəl – 2020-ci ilin…

D vitamini azlığı koronaya yoluxma riskini artırır

D vitamini yaşlı insanlarda xəstəliklərə qarşı immunitet sisteminin qorunmasında əvəzsiz rola malikdir. Aparılan tədqiqatlarda D vitamini çatışmazlığı yaşlı şəxslərdə COVID-19 virusuna yoluxma riskini artırır. D vitamini və kalsium sümüklərin möhkəmlənməsi və immunitet sisteminin güclənməsini artırır. İnsanların yaşı artdıqca sümüklərdə kalsium miqdarı azalır. Yaşlı şəxslər xüsusilə qış aylarında immunitet sisteminin gücləndirməsinə diqqət etməlidirlər. Bu səbəblə D…

Mütəxəssisdən korona xəbərdarlığı

Son 10 gündə dünyada koronavirusa yoluxma halları azalıb. Yoluxma halları azalsa da, mütəxəssislər pandemiyanın daha sərt şəkildə davam edəcəyini düşünürlər. Türkiyəli professor Mehmet Ceyhan hesab edir ki, hazırkı tendensiya yeni dalğanın başlayacağını inkar etmir: “Yoluxmadakı azalma Cənubi Asiya və Yaxın Şərq ölkələrində müşahidə olunur. Hələ ki, Avropa və Şimali Amerikada virusa yoluxmada heç bir azalma…

DİN-dən əhaliyə xəbərdarlıq

Daxili İşlər Nazirliyi (DİN) bank müştərilərinə xaricdən gələn zənglərlə bağlı xəbərdarlıq edib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev feysbukda paylaşım edib. Paylaşımda deyilir: “Bu gün Nərimanov rayonunda bir vətəndaşa xarici nömrədən zəng olunmaqla, “Bankdandır, dəqiqləşdirmə aparılır, şifrəni verin, zəhmət olmasa….” deyilməklə, bank kartının məlumatları…

Rəcəbov Karlsenə, Məmmədyarov Giriyə qalib gəldi

Norveçli şahmatçı Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində bu gün VII turun görüşləri keçirilir. Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov dünya çempionu Karlsenlə üz-üzə gəlib. Görüş Rəcəbovun qələbəsi ilə yekunlaşıb – 3:1. İlk 2 görüşünü heç-heçə ilə başa vurmuş 34 yaşlı qrossmeyster sonrakı 2 qarşılaşmasından qələbə ilə ayrılıb. Nəticədə Rəcəbov 3:1 hesablı qalibiyyət əldə edib.…