Azərbaycan Prezidenti İranla münasibətlər çərçivəsində növbəti humanist addım atıb

Azərbaycan Prezidenti İlham Əliyev İrana münasibətdə növbəti humanist addım atıb. Bu günlərdə İranın Naxçıvandakı Konsulluğu Naxçıvan Muxtar Respublikasının penitensiar müəssisəsində cəza çəkən iki İran vətəndaşının ölkəsinə təhvil verilməsi barədə açıqlama yaymışdı. Məhbuslardan biri narkotik maddə saxlamaqda, digəri isə sərhədi qanunsuz keçməkdə təqsirli bilinib. EDNews.net bununla əlaqədar Azərbaycanda saxlanılan iranlı məhkumlarla bağlı araşdırma aparıb, aidiyyəti dövlət orqanlarının…

“44” hər yerdən görünəcək

Xəbər verdiyimiz kimi, Füzulidə Zəfər Parkı və İşğal muzeyi salınacaq. Parkda, həmçinin Zəfər abidəsi də qurulacaq. Lövhədə Füzulidə ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuş igidlərimizin adları əks olunacaq. Abidənin davamında 44 sütun olacaq ki, ümumi 44 simvolunu əks etdirəcək. Bu, yuxarıdan, ümumiyyətlə hər tərəfdən görünəcək. Qeyd edək ki, layihənin müəllifi Rəşad Mehdiyevdir. Onu da əlavə edək…

Slovakiyadan minatəmizləmə texnikası gətirilir

Yaxın həftələrdə Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanılmış və 44 günlük davam edən Zəfərin ildönümünü qeyd edəcəyik. Azərbaycan torpaqlarının azad edilməsi və Slovakiyanın bölgənin inkişafına hansı töhfələr verəcəyi məsələsini müzakirə etdik. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 19-da Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ilə birgə keçirdikləri mətbuat konfransında deyib.…

Macarıstan şirkətləri Qarabağın yenidənqurulması ilə bağlı EXPO-da iştirak edəcəklər

Macarıstan şirkətləri Macarıstan İxracın Təşviqi Agentliyi ilə birlikdə 20-22 oktyabr 2021-ci il tarixlərində Bakı Sərgi Mərkəzində keçiriləcək 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın bərpası, yenidən qurulması və inkişafı” sərgisində iştirak edəcəklər. Macarıstan şirkətləri Macarıstan stendində Azərbaycanın azad edilmiş ərazilərində tikinti və yenidənqurma layihələri üçün tikinti sənayesi və digər sahələrdə öz texnologiyalarını və həllərini təqdim edəcəklər.