Ukraynanın NATO-ya daxil olması Moskvanı buna reaksiya verməyə məcbur edəcək son dərəcə təhlükəli bir addım olardı.
Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
“Biz düşünürük ki, bu, Rusiyanı buna müvafiq reaksiya verməyə məcbur edəcək son dərəcə təhlükəli addım olardı”, – deyə “RİA-Novosti” Rudenkonun sözlərindən sitat gətirir.
O qeyd edib ki, alyans “istənilən addımın nəticəsinin olacağı”na dair xəbərdar edilib.
“NATO bizim Ukrayna ilə bağlı mövqeyimizi bilir”, – deyə Rudenko fikirlərini yekunlaşdırıb.







