Soçi görüşünün nəticələrinə dair Bəyanat

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar. Bəyanatda deyilir: “Biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 26 noyabr 2021-ci il tarixində Soçidə görüşdük, Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün…

Rauf Bayrambəyli: “Türkün ədaləti, yəhudinin zəkası, yeni dünya nizamının təməl prinsipləridir”

İsrail Azərbaycan Gənclər Birliyi iki ölkə arasında olan münasibətlərin daha da möhkəmlənməsinə və daha da yüksək səviyyə yə çatdırılmasına xidmət edir. Məqsədimiz tarix boyu yəhudi milləti ilə Azərbaycan millətinin necə bir yerdə qardaşlıq münasibətləri əsasında yaşamağını bəzi soydaşlarımıza, gənclərimizə maarifləndirici tədbirlər həyata keçirərək izah etməkdir. Bu fikirləri Rezonans.az-a açıqlmasında  İsrail – Azərbaycan Gənclər Birliyini sədri Rauf Bayrambəyli…

Ukraynada rus rublu qadağan edilib

Ukraynada rus rublu qadağan edilib. Ukrayna bankları artıq Rusiya valyutasını qəbul etməyəcək. Bu barədə Platform4.news  UMB-a istinadən bildirir. Ukraynada Ukrayna Milli Bankı İdarə Heyətinin “Ukraynada banklar tərəfindən nağd pul əməliyyatlarının aparılmasına dair Təlimatda dəyişiklik edilməsi haqqında” 8 oktyabr 2021-ci il tarixli 103 nömrəli qərarı qüvvəyə minib. Bu fərman noyabrın sonundan banklara fiziki şəxslərin depozit hesablarına işğalçı…

Azərbaycanda yeni müsabiqə

Bu gün “Xəzər Media Mərkəzi”ndə Azərbaycanın “Central Asia Got Talent“ (“Talant Mərkəzi Asiya”) müsabiqəsindəki iştirakı ilə əlaqədar mətbuat konfransı keçirildi. Mətbuat konfransında “Xəzər Media Mərkəzi”nin Baş direktoru Murad Dadaşov, layihənin rəhbəri və münsiflər heyətinin üzvü Serik Akişev, məşhur teleaparıcı, eyni zamanda layihənin də aparıcısı olacaq Leyla Quliyeva, münsiflər heyətində Azərbaycanı təmsil edəcək Oksana Rəsulova iştirak…

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 720 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 145, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 447, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 23 128 nəfərdir. Vurulan vaksinlərin ümumi sayı 10 396 037, birinci…

“Azərbaycan Ermənistanla delimitasiya prosesinə başlamağa hazırdır”

Noyabrın 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Annika Söder ilə videokonfrans formatında görüşü baş tutub. Görüşdə nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari təhlükəsizlik vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən regionda nəqliyyat kommunikasiyaların açılması ilə bağlı Azərbaycan tərəfindən görülən tədbirlər və digər…

Prezident Rusiyanın Elmlər Akademiyasının prezidentini qəbul etdi

Prezident İlham Əliyev noyabrın 25-də Rusiya Federasiyasının Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub və əlaqələrimizin inkişafında humanitar sferada, o cümlədən elmi sahədə əməkdaşlığın rolu vurğulanıb. Bu sahədə əməkdaşlığımızın zəngin tarixə malik olduğu bildirilib və müasir dövrdə…

İlham Əliyev Putinə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı ünvanlayıb. Dövlət başçısı rusiyalı həmkarına Azərbaycan xalqı və öz adından Kemerovo vilayətindəki “Listvyajnaya” kömür mədənindəki qəza nəticəsində ölənlərlə bağlı başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib.

“Ermənistanın atəşkəsə tam əməl etməsi vacibdir”

Ermənistanın ona uzadılan sülh əlini fürsət hesab etməsi, atəşkəs rejiminə tam əməl etməsi və əməkdaşlıq etməsi vacibdir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasının yekun açıqlamasında deyilir. İclasda qeyd edilib: “Biz qonşularımız arasında mübahisələrin sülh yolu ilə, beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüyünə hörmət çərçivəsində həllinin tərəfdarıyıq”.…

“Bu zəmanət olmasa, rus ordusu hücuma keçəcək”

Rus qoşunlarının Ukrayna sərhədində toplanması Avropa Birliyi və ABŞ-ın reaksiyasına səbəb olsa da, mövzu ilə bağlı ən aydın şərh Kremlə yaxınlığı ilə tanınan siyasi ekspert, “Putinin müşaviri” adlandırılan Fyodor Lukyanovdan gəlib. Lukyanov Ukraynanın heç vaxt alyansa qoşulmasına icazənin verilməyəcəyinə dair NATO qəti zəmanət verməsə, Rusiyanın Ukraynaya hücum edəcəyini bildirib. Lukyanovun sözləri Rusiyanın Ukrayna sərhədində niyə…