Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri başa çatıb
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bir qrup diaspor nümayəndəsinin Şuşaya növbəti səfəri başa çatıb. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında gerçəkləşən sayca dördüncü səfərdə 12 ölkədən 27 diaspor nümayəndəsi iştirak edib. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı…






