Dövlət Komitəsi “Diaspor Gəncləri 1+1” layihəsinə start verib

Diasporla İş üzrə Dövlət Komitəsi “Diaspor Gəncləri 1+1” layihəsinə start verib. 15-21 dekabr tarixlərində təşkil olunan layihəyə 9 fərqli ölkədən 18 nəfər iştirakçı qatılacaq. İştirakçıların 9 nəfəri əcnəbi gənclər, digər 9 nəfər isə xaricdə yaşayan azərbaycanlı gənclərdir. Yəni hər bir azərbaycanlı gənc özü ilə xaricdən bir nəfər gənc gətirib. Məqsəd ölkəmizin multikultural zənginliyini, eyni zamanda…

Ukraynadakı diasporumuz kiksboksinq üzrə Azərbaycan yığmasının üzvləri ilə görüşüb

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Ukrayna Azərbaycanlıları Radasının (UAR) həmtəsisçisi, sərbəst güləş üzrə Azərbaycan və SSRİ-nin Əməkdar bədən tərbiyəsi və idman xadimi Oleq Krapivin Kiyev şəhərində keçirilən “Wizard Open-2021” beynəlxalq kikboksinq turnirində uğurla çıxış edən Azərbaycan komandasının məşqçi və hakim heyəti ilə görüşüb. “Bakinets” güləş idman klubunda baş tutan görüş zamanı…

İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Ticarət dövriyyəsinin artdığı xüsusi qeyd olundu. İqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı potensialın olduğu bildirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin…

ABŞ Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşlərini alqışlayır

ABŞ Dövlət Departamenti Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşlərə münasibət bildirib. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays özünün “Twitter” hesabında bildirib ki, ölkəsi Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə baş tutmuş son görüşlərini alqışlayır. “Biz regiona sülh gətirmək üçün birbaşa əlaqələri güclü şəkildə dəstəkləyirik”, – N. Prays…

Prezident Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasında müdafiə sənayesinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər: “Tərəqqi” medalı ilə Əliyev Siyavuş Hüseyn oğlu Quliyev Fəlah Fəxrəddin oğlu Mustafayev Zahid Seyfəddin oğlu Tahirov Rasim Firudinoviç…

Beynəlxalq Miqrant Gününə həsr olunmuş tədbir keçirilib

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birgə təşkil edilən tədbirdə qonaqları salamlayan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov əlamətdar günün əhəmiyyətinə toxunub. Bildirib ki, miqrasiya ilə bağlı ictimaiyyəti narahat edən məsələlər üzrə maarifləndirmənin artırılması, problemlərin həlli üçün siyasi iradə və resursların səfərbər edilməsi, bəşəriyyətin miqrasiyanın idarə edilməsi və miqrantların hüquq…

Prezident təhsil işçilərinin əməkhaqlarını artırıb

Prezident İlham Əliyev Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış…

Azərbaycanda yeni istehsal olunan dronların sınağı keçirilib

AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Elm və Texnologiya Parkı Azərbaycan bazarında nüfuz qazanmış müasir mühəndislik şirkəti olan “Project Terra” MMC ilə əməkdaşlıq çərçivəsində istehsal etdiyi dronların yeni sınağını həyata keçirib. Əməkdaşlığın məqsədi drona quraşdırılmış mobil skanerin (LidarUSA Revolution 120) müəssisənin dronlarında tətbiqi imkanlarını yoxlamaqdır. Belə ki, AMEA mütəxəssisləri tərəfindən istehsal olunan dronlar ötən həftə…

Minimum əməkhaqqı 300 manata çatdırıldı, vahid tarif cədvəli üzrə işləyənlərin əməkhaqqı artırıldı

Ölkəmizdə vətəndaş rifahının təminatı istiqamətində islahatların növbəti mərhələsinə başlandı. Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılır. Sərəncam 1 yanvar 2022-ci ildən tətbiq ediləcək. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri də bu Sərəncama uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə…