Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Biləsuvar rayonunda yerləşən Masallı, Cəlilabad və Biləsuvar Regional KOB İnkişaf Mərkəzinin təqdimat mərasimi keçirildi
Təqdimat mərasimində iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, KOBİM-in rəhbəri Emin Əliyev, KOBİA-nın əməkdaşları və sahibkarlar Regional İnkişaf Mərkəzinin binasına baxış keçirərək, burada yaradılan şəraitlə tanış olmuşlar. İştirakçılar Regional KOB İnkişaf Mərkəzinin kollektivinə fəaliyyətlərində uğurlar arzulayıblar. Bildirilib ki, regional mərkəzin fəaliyyətə başlaması regionda…









