Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı rəsmi tviter səhifəsində Şuşanın fotosunun fonunda hazırlanan təbrik paylaşımı edib. “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni iliniz mübarək!”, – paylaşımda bildirilib.

“AİP” sədri Qulu İbrahimov dünya azərbaycanlılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib

Ukrayna, Kiyev, 31 dekabr 2021  / Platform4.news /   “Əziz həmvətənlər!  31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Sizi ürəkdən salamlayır, hər birinizə ən xoş arzularımı çatdırıram. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya Azərbaycanlılarının həmrəyliyi getdikcə daha böyük məna və əhəmiyyət kəsb edir. Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən…

Türkiyə Fransa və ABŞ-dakı erməni lobbisinə xəbərdarlıq etdi

“Ermənistanla normallaşma Türkiyədə yaşayan ermənilərin də Ermənistanla daha rahat əlaqə qurmalarını təmin edəcək. Ancaq xüsusilə dünyanın iki ölkəsində, yəni Fransa və ABŞ-dakı erməni diasporu bu mərhələdə məsuliyyətli davranmalıdır”. Bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib. “Bundan sonra 1915-ci il hadisələrinin “soyqırımı” olduğunu iddia edib, bunu şərt kimi gündəmə gətirməyin heç kimə faydası yoxdur. Artıq Cənubi Qafqazda…