İlham Əliyev Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonqun etimadnaməsini qəbul edib. Səfir Li İn-Yonq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu bildirərək, müstəqillik illərində münasibətlərimizin çox uğurla inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanla Koreya Respublikası…

Qazaxıstanda general özünü güllələyərək intihar edib

Qazaxıstanın Cambıl vilayəti Polis İdarəsinin rəisi, bölgənin komendantı general-mayor Janat Süleymanov intihar edib. “Komsomolskaya Pravda” xəbər verir ki, onun meyiti yaşadığı evdə aşkarlanıb. Qazaxıstanın hüquq-mühafizə orqanları ölkədə baş verən ixtişaşlarla bağlı J.Süleymanov barəsində cinayət işi açıb. Məlumata görə, Cambıl vilayətinin Taraz şəhərində etirazçılar polis idarəsi binasını yandıraraq, orada saxlanılan tabel silahları ələ keçiriblər. Bu hadisəyə görə J.Süleymanovu…

Zəngəzur dəhlizi daha qısa vaxtda istifadəyə verilə bilər

Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən 23 kilometrlik hissəsi istifadəyə verilib. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov “Facebook” hesabında paylaşım edib. O, qeyd edib ki, hazırda həmin hissə ilə yük qatarları hərəkət edir: “Horadiz-Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinə inteqrasiya olunacağı üçün inşaat işlərinin sürətlənməsi…

“Miqrasiya Məktəbi – 4” layihəsi fəaliyyətə başlayıb

Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Miqrasiya Məktəbi – 4” layihəsinə start verilib. Açılış tədbirində əvvəlcə müsabiqədə uğur qazanmış 20 iştirakçını təbrik edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov təşkil olunan kursun əhəmiyyətindən danışıb. DMX tərəfindən miqrasiya sahəsində savadlı, peşəkar mütəxəssislərin hazırlanmasına…

Deputat Elman Nəsirov Cəlilabadda şəhid ailələrini ziyarət etdi, kəndlərdə yol çəkilişi işləri ilə tanış oldu

Milli Məclisin deputatı Elman Nəsirov 3-5 yanvar tarixlərində 68 saylı Cəlilabad kənd seçki dairəsinə daxil olan İranla həmsərhəd kəndlərdə aparılan əsaslı yol təmiri işlərinin gedişi ilə yerindəcə tanış olmuş, Əliqasımlı kəndində isə şəhid ailələri ilə görüşmüşdür. ​Deputat Elman Nəsirov həmin kəndlərdə yüksək keyfiyyətli yol çəkilişi prosesi ilə yerindəcə tanış olaraq bildirmişdir ki, möhtərəm Prezident cənab…

“Şuşa İli” Qarabağın təhlükəsizliyinin gücləndirilməsi baxımından çox önəmli il kimi yadda qalacaq

Ukraynada yaşayan azərbaycanlı ziyalılar Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsini strateji və əhəmiyyətli hesab edirlər. “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” ictimai təşkilatının sədri, hüquq elmləri doktoru, professor Arif Quliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, dövlətimizin başçısının 2022-ci ili “Şuşa İli” elan etməsi şəhərin yubileyi ilə yanaşı, Azərbaycanın milli-mədəni dəyərlərinin yeni meyarlarla bərpasının rəmzi deməkdir. “Bu,…