Fuad Muradov Devid Harrislə yəhudi icmaları ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Komitə sədri bugünkü görüşün ötən ilin noyabr ayında ABŞ səfəri çərçivəsində Devid Harrislə baş tutmuş səmərəli görüşün davamı olduğunu xatırladaraq Azərbaycan diasporu ilə ABŞ-dakı yəhudi icmaları arasındakı əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib. Daha sonra…

İlham Əliyevlə Monteneqro parlamentinin sədri Aleksa Beçiç arasında videoformatda görüş olub

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Monteneqro parlamentinin sədri Aleksa Beçiç arasında videoformatda görüş olub. Prezident İlham Əliyev Azərbaycanla Monteneqro arasında dostluq münasibətlərinin olduğunu qeyd edərək, ölkələrimiz arasında, o cümlədən dövlət başçıları səviyyəsində mövcud yüksəksəviyyəli dialoqu vurğuladı, parlamentlərarası əlaqələrin inkişafından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, enerji, nəqliyyat sahələrində əməkdaşlığın inkişafı…

Ukrayna ilə sərhəddə gərginlik həddindən artıq yüksəkdir

“Ukrayna ilə sərhəddə gərginlik həddindən artıq yüksəkdir, ona görə də Rusiya təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə birbaşa cavab almaqda israrlıdır”. Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Amerikanın “CNN” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, rəsmi Moskva konkret təkliflərinə çox konkret cavab istəyir: “Sərhəddə, Avropanın bu hissəsində həddindən artıq çox yüksək gərginlik var. Belə bir vəziyyət…

Ukrayna Donbasda hücum planlarının olmadığını bildirib

Ukrayna hakimiyyəti Donbasın Kiyevin nəzarəti altında olmayan hissəsinə hücum planlaşdırmır və ümid edir ki, Qərb ölkələri məsələnin diplomatik yolla həllinə nail olmaqda yardım edəcək. Bu barədə Ukrayna XİN başçısı Dmitri Kuleba Fransanın “Le Figaro” qəzetində yazdığı köşə yazısında qeyd edib. O, Rusiyanın Ukrayna ilə sərhədə çoxlu qüvvələr toplamasından narahatlıq ifadə edib və mövcud formatlar altında…

Dünyanı cənginə alan “omicron”dan necə qorunaq?

Yeni növ koronavirus (COVID-19) infeksiyası daim mutasiyaya məruz qalır və nəticədə yeni ştamlar yaranır. Onların arasında insanlar üçün təhlükəli olanlara Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən ad verilir. COVID-19-un son aylarda prioritetə çevrilən ştamı isə “omicron”dur. “Omicron” ştamı qeydə alındıqdan sonra dünyada koronavirus infeksiyasına yoluxanların sayında artım müşahidə edilir. Mütəxəssislərin fikrincə, bu, həmin mutant variantın yüksək yoluxduruculuq…

NASA astronavt çatışmazlığını elan edib

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) astronavtlarının sayı 150-dən 44-ə qədər azalıb. Bu barədə qurumun ofisinin hesabatına istinadən “Futurism” nəşri məlumat yayıb. Məlumata görə, mütəxəssislərin belə azalması 2000-ci ildən müşahidə edilir. Qeyd edilir ki, bu vəziyyət ABŞ-da narahatlıq doğurur, çünki NASA daha əvvəl uçuş proqramları ilə bağlı iddialı planlar açıqlayıb. Sənəddə yaxın illərdə astronavtların…

“Yüz faiz yox olacağıq” yazan İlon Mask yeganə qaçış yerini AÇIQLADI

Dünyanın ən zəngin adamı İlon Mask bəşəriyyətin mümkün kütləvi qırğın zamanı 100% yox olacağını açıqlayıb. Mask tək qaçış yolunun başqa planetlərə yerləşmək olduğunu iddia edib. “Bəşəriyyət həyatı çoxplanetli etməsə, günəşin ekspansiyası səbəbindən bütün növlərin 100% yox olma ehtimalı var”, – iş adamı “Twitter”də yazıb. Maskın proqnozu istifadəçiləri əməlli başlı qorxuya salıb.